AZ

Əli Abdullayev: İşğal altında olan torpaqlarımızla bağlı yaradılan mobil oyunlara maraq yüksəkdir

7a9cd0db906a7c0db6a97c0978a45d3f.jpg
09.12.2019 13:50

 

““İşğal altında Şuşa” və “İşğal altında Ağdam” milli oyunlarımız mobil tətbiq vasitəsilə 130 min dəfə yüklənib”.

 

TED.az xəbər verir ki, bunu  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev deyib.

 

Əli Abdullayev bildirib ki, sözügedən oyunlara YouTube sosial şəbəkəsi vasitəsilə 350 min dəfə baxılıb: ““İçərişəhər”lə bağlı olan milli oyuna isə “YouTube”da  800 min baxış sayı qeydə alınıb”.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox