Türk Hava Yolları Yeni il ərəfəsində Santa-Klausun vətəninə uçuşlara başladı
“Türk Hava Yolları” Finlandiyanın Rovaniemi şəhərinə uçuşlara başlayıb.
Aviaşirkətdən TED.az-a verilən məlumata görə, dekabrın 5-dən etibarən Rovaniemi reysləri həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və bazar günlərində qarşılıqlı olaraq həyata keçiriləcək.
“Türk Hava Yolları” Rovaniemi ilə öz geniş uçuş xəritəsinə 317-ci məntəqəni əlavə edib.
Rovaniemiyə ilk uçuşa həsr edilmiş mərasimdə çıxış edən “Türk Hava Yolları” İdarə Heyətinin Üzvü Orhan Birdal təmsil etdiyi şirkətin Rovaniemə biznes sinif xidməti təklif edən yeganə aviaşirkət olduğunu bildirib: “Qütb parıltısını izləmək üçün ən məşhur qış turizm məntəqələrindən biri olan Rovaniemiyə qarşılıqlı uçuşlar həyata keçirəcəyik. Bu istiqamətə uçuşlar təşkil edən ilk qeyri-Avropa Birliyi aviaşirkəti və Rovaniemiyə uçuşlarda biznes sinif xidmətləri təklif edən yeganə aviaşirkət olaraq, qonaqlarımızı bu xüsusi şəhəri görməyə dəvət edirik”.
Şimal Qütb Parıltısını izləmək üçün əlverişli mövqeyə sahib olan Rovaniemi ən məşhur qış turizm məkanlarından biridir. Bu unikal şəhər bununla yanaşı öz qonaqlarına ekoloji təmiz şüşə iqlular (bərk buz parçalarından tikilmiş gümbəz formalı Eskimos evləri) və buz otellərində unudulmaz istirahət təklif edir.
İstanbul-Rovaniemi uçuş cədvəli:
|
Uçuş № |
Günlər |
Gediş |
Gəliş |
||
|
TK 1749 |
Çərşənbə axşamı |
IST |
09:50 |
RVN |
13:30 |
|
TK 1750 |
Çərşənbə axşamı |
RVN |
16:55 |
IST |
22:15 |
|
TK 1749 |
Cümə axşamı |
IST |
09:50 |
RVN |
13:30 |
|
TK 1750 |
Cümə axşamı |
RVN |
16:55 |
IST |
22:15 |
|
TK 1749 |
Bazar günü |
IST |
09:50 |
RVN |
13:30 |
|
TK 1750 |
Bazar günü |
RVN |
16:55 |
IST |
22:15 |
Bütün uçuş vaxtları Ortalama Yerli Vaxtla göstərilib.
Uçuş cədvəllərinə www.turkishairlines.com saytına daxil olaraq, +90 212 444 0849 çağrı mərkəzinə zəng edərək və ya istənilən Türk Hava Yolları ofisinə baş çəkərək baxa bilərsiniz.
Dünya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















