AZ

Bu dəfə qatarlar Qarabağ üçün işləyəcək!

d3a49f4efc4d11fe515538f30fe31f51.jpg
12.12.2019 16:27

"Qarabağ" futbol klubu bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək.

 

TED.az xəbər verir ki, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.

 

Qeyd edək ki, digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox