İranın ABŞ bazalarını hansı raketlə vurduğu bəlli oldu – FOTOLAR
Məlum olduğu kimi İranın İnqilab Keşikçiləri Ordusu İraqın Ənbar əyalətindəki Amerika Birləşmiş Ştatlarının Ayn Əl-Əsəd aviabazasına və hərbi qüvvələri, eləcə də koalisiya heyətinin Ərbildə yerləşən bazasına ballistik raketlərlə hücum edib.
TED.az xəbər verir ki, Əl-Əsəd bazası İran sərhədindən təqribən 370 kilometr, Ərbildən isə 105 kilometr məsafədədir.
Mütəxəssislər hədəfə çata bilməyən raketlərin görünüşünə əsaslanaraq onların maye yanacaqlı ballistik raket olan “Scud”un müasir versiyası olduğunu söyləyirlər.
SCUD raketinin xüsusiyyətləri
Soyuq Müharibə illərində SSRİ tərəfindən istehsal olunan "Scud" raketinin hədəfi 130-1500 kilometr arasında dəyişir. Raket bioloji, kimyəvi və nüvə başlığı daşımaq iqtidarındadır.
Böyük partlama gücünə malik bu raketlərə hazırda keçmiş Sovet respublikaları, bəzi Yaxın Şərq ölkələri və Uzaq Şərqdəki bir çox kommunist ölkələri sahibdir. Bu raketlər yaxın keçmişdə İran-İraq müharibəsi zamanı Səddam Hüseyn tərəfindən İrandakı neft emalı zavodlarını məhv etmək üçün istifadə edilib. Eyni zamanda bu mərmilər Səddam Hüseyn tərəfindən Körfəz müharibəsində İsrailə qarşı istifadə edilsə də, psixoloji təsirdən başqa effekti olmamışdı.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Ordusunun İraqın Ayn əl-Əsəd aviabazasındakı ABŞ qoşunlarına və Ərbildəki koalisiya heyətinə qarşı 22 ballistik raket hücumu həyata keçirdiyi və bu raketlərdən ən azı ikisinin hədəfə çatmadığı bildirilir.
Dünya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















