AZAL-ın qalmaqala səbəb olan pilotu bundan öncə töhmət aldığı deyilir – O, başqa uçuş zamanı DEPUTATLA konfliktə girib
"Hadisə ilə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticəsində hava gəmisinin kapitanının hərəkətləri qiymətləndiriləcək və aviaşirkətin qaydaları pozulduğu təqdirdə ekipajla bağlı müvafiq tədbirlər görüləcək".
Bunu TED.az-a Azərbaycan Hava Yollarının mətbuat katibi Paşa Kəsəmənski pilot Tahir Zərbəliyevlə bağlı yayılan görüntülərə açıqlama gətirərkən deyib.
Qeyd edək ki, Bakıdan Moskvaya uçuş edən və AZAL aviaşirkətinə məxsus olan Airbus A320 təyyarəsinin komandiri bir neçə dəfə kabinədən çıxaraq təyyarədə olan tanışı ilə söhbət edib. Bu isə sərnişinlərin qorxu və həyəcanına səbəb olub.
Bəs uçuş zamanı hansı hallarda pilot kabinəni tərk edə bilər?
Adının çəkilməsini istəməyən pilot bildirib ki, təyyarə havaya qalxarkən və eniş zamanı avtopilot rejimindən istifadə edilmir: “Yəni təyyarə havaya qalxdıqdan sonra xüsusi panel, avtopilot düyməsi işə salınır. Eniş vaxtı isə yenidən avtopilot rejimi söndürülür və təyyarəni pilotlar idarə edir. Təyyarə havaya qalxdıqdan sonra pilotun bir neçə halda kabinəni tərk etmə hüququ var. Əgər uçuş vaxtı 6 saatdan azdırsa, pilotlardan biri qısa zaman ərzində kabinəni tərk edə bilər. Bu zaman isə ikinci pilotun yanına "bortprovodnik" keçir”.
“Uçuş 6 saatdan çox çəkdiyində hava gəmisinin ekipajında 3 və ya 4 pilot olur. Bu zaman isə pilotlardan biri sərnişin salonuna gedə, dincələ, hətta yata da bilər.
Eyni zamanda, əgər sərnişin salonunda kiminsə, köməyə ehtiyacı varsa, pilot yardım edə bilər. Lakin hava şəraitində burulğan və s. kimi problemlər olduqda pilot heç bir halda kabinəni tərk edə bilməz”, – deyə o əlavə edib.
Məlum olduğu kimi, Bakı-Moskva reysinin müddəti 3 saatdır. Buna görə də, pilot kabinəni tərk etməklə qaydaları pozub. Pilotun bunu zəruri ehtiyac olmadan etməsi və bir neçə dəfə təkrarlaması, o cümlədən sərnişinlərin iradını nəzərə almaması məsələni daha da qəlizləşdirir.
6o yaşlarında olduğu deyilən pilot Tahir Zərbəliyev əldə etdiyimiz söyləntilərə görə, bundan öncə də qalmaqala səbəb olub. Belə ki, pilotun başqa uçuş zamanı salonda deputatlardan biri ilə mübahisə etdiyi və buna görə ona AZAL tərəfindən şifahi töhmət verildiyi deyilir.
Məlumata görə, pilotun AZAL-dakı fəaliyyəti ilə bağlı qərar məsələ ilə əlaqədar yanvarın 13-də keçiriləcək Daxili Nizam-İntizam Komisiyasının iclasından sonra məlum olacaq.
TED.az
TED + bölməsindən digər xəbərlər
ChatGPT qrup söhbətlərini sınaqdan keçirir!
Samsung Galaxy Tab A11+ elan edildi
Vivo X500 Series batareyası sızdı!
GPT-5.1 tərtibatçılara nə təklif edir?
Philips Mobil Cihaz Bazarına Qayıdır
Elon Musk əzəli rəqibini təbrik etdi!
OnePlus 15 üçün ilk yeniləmə gəldi
Valve, Steam Machine ilə kompüterləri öldürür
Poco F8 Ultra sınaqdan keçirildi
iPhone 17 Pro-da heç vaxt nəm salfetdən istifadə etməyin!
ChatGPT-nin sinir bozucu səhvi düzəldildi!
WhatsApp maraqlı yenilik təqdim edir
X Söhbət Xüsusiyyətini işə salır
Samsung-un çox danışılan hərəkəti
Lenovo Legion Y700 (Gen 5) Sızdırıldı!
Apple-ın Post-Tim Cook Dövrü Sürətlənir
Apple-ın 2026-cı il iPad planları sızdı
Volvo Trucks Elektrik Bazarında Liderliyi Gücləndirir
Spotify çoxdan gözlənilən yeniliyi təqdim edir
Telefonunuzu 100% doldurmaq batareyanın ömrünü qısaldırmı?
Apple, iPhone Air 2-ni satışa çıxardı
Həyəcan pikdədir! Sən də lüks avtomobil qazan!
Valve təsdiqləyir: Android oyunları Steam-ə gəlir
Google Pinterest-ə bənzər funksiyanı buraxır
Audi şirkəti Formula 1 avtomobilini təqdim etdi
Hyundai IONIQ 6 N üzə çıxdı!
Samsung televizorları üçün şad xəbər
iPhone HMO displeyi iPhone-da inqilab edə bilər
Google Play çoxdan gözlənilən funksiyanı təqdim etdi
OPPO ColorOS 16 Yeniləmə Cədvəlini elan etdi
Həftənin ən çox oxunanları
Honor 500 seriyası üçün geri sayım başlayır!
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
HyperOS 3 yeniləməsi daha çox cihaza yayılır!
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
Google Maps üçün Tesla Supercharger funksiyası!
Yeni Kia Telluride təqdim olundu
Peugeot Polyqon Konsepti: Gələcəyə İşıq Tutmaq 208
Xiaomi 17 Ultra dekabrda Çində təqdim olunacaq!
Stiv Cobs 10 dəqiqə ərzində Mac kalkulyatorunu necə hazırlayıb?
Android batareyası xəbərdarlığı Play Store-a gəlir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
