Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi Azərkosmosla əməkdaşlıq edəcək – AÇIQLAMA
“Coğrafi İnformasiya Sistemləri (CİS) xarici şirkətlər tərəfindən istehsal olunan proqram təminatı vasitəsilə işləyir. Yol infrastrukturuna dair obyektlərin hər biri bu proqram təminatlarında cəmləşdirilir və təhlil edilir. Ümumiyyətlə, CİS-ə inteqrasiya olunan məlumatların əksəriyyəti məkanlarla bağlı olduğuna görə, informasiyaların bir çoxu məkandan toplanılır. Sözsüz ki, bu zaman arxiv materiallarına da müraciət olunur. Ətraf ərazilərin dəqiq koordinatları isə GPS avadanlıqları vasitəsilə müəyyən edilərək, CİS-ə inteqrasiya olunur. Məlumatlar inteqrasiya olunmazdan öncə operator onları təhlil edir və daha sonra sistemə daxil edir”.
Bunu TED.az-a açıqlamasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Elektron xəritələr sektorunun müdiri Amil Ağayev deyib.
Amil Ağayev bildirib ki, CİS-ə məlumat yerləşdirərkən dron çəkilişlərindən də istifadə olunur: “Dron vasitəsilə müxtəlif hündürlüklərdə, müxtəlif ərazilərin ayrı şəkilləri çəkilir. Əgər ərazidə hər hansı bir dəyişiklik baş veribsə, bu CİS bazasına yenilənmiş formada daxil edilir. Eyni zamanda, təyyarə çəkilişlərindən alınan təsvirlərdən də istifadə olunur. Təyyarə təsvirləri yüksək ayırdetmə şəkilləri adlandırılır. Yüksək ayırdetmə şəkilləri dedikdə piksel arası məsafə nəzərdə tutulur. Bu məsafə nə qədər qısa olarsa, bir o qədər keyfiyyətli təsvirlər əldə olunur”.
“Bu sahədə də NİİM Azərkosmos ASC ilə əməkdaşlıq edir. Bu qurumdan peyk təsvirlərinin alınmasını da planlaşdırmışıq. Peykdən çəkilmiş şəkillər vasitəsilə xəritələri yəni, CİS bazası yeniləyəcək. CİS bazası hələki Bakını əhatə edir. Lakin biz Abşeron yarımadasının da tamamilə elektron bazasını bura daxil etmişik. Bura Abşeron rayonunun bir hissəsi və Sumqayıt şəhəri də daxildir. İnteraktiv xəritə gələcəkdə bütöv ölkəni əhatə edəcək”, – deyə şöbə müdiri əlavə edib.
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















