AZ

Pre-akselerasiya proqramında seçilmiş komanda ABŞ-da keçiriləcək mübadilə proqramında iştirak edəcək

10483ef63a6c761b13df269bde43174f.jpg
23.01.2020 15:15

25 yanvar tarixində İnnovasiyalar Agentliyinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk pre-akselerasiya proqramının son seçim mərhələsi olacaq.

 

TED.az xəbər verir ki, münsiflər və investorlar pre-akselerasiya proqramında iştirak edəcək 5 komandanı seçəcəklər.

 

45 müraciətdən cəmi 10 komanda bu şənbə günü baş tutacaq final mərhələyə keçə bilib.

Pre-akselerasiya proqramına seçilən komandalara 25 min manata qədər maddi dəstək göstəriləcək, 30-dan artıq yerli və xarici mentordan dəstək alacaq və ABŞ-da keçiriləcək mübadilə proqramında iştirak edəcəklər.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox