Azərbaycan “Global Game Jam” müsabiqəsində Avropa ölkələri ilə eyni nəticəni göstərir – AÇIQLAMA
“Ölkəmizdə “Global Game Jam” müsabiqəsini keçirməkdə əsas məqsəd Azərbaycanda kiberidman oyun qurucuları cəmiyyətini yaradaraq inkişaf etdirmək və dünyaya birləşdirməkdir. Hazırda bu müsabiqəyə qatılmaq üçün 30 nəfər qeydiyyatdan keçib. Düşünürəm ki, qeydiyyat yekunlaşana qədər 40 və ya 50 nəfər iştirakçı olacaq”.
Bunu TED.az-a açıqlamasında “Global Game Jam” müsabiqəsinin baş koordinatoru Tariyel Ağazadə deyib.
Tariyel Ağazadə bildirib ki, artıq ikinci ildir ki, Azərbaycanda “Global Game Jam” müsabiqəsi keçirilir: “Builki müsabiqə 31 yanvar – 2 fevral tarixlərində Azərbaycan da daxil olmaqla eyni anda 113 ölkədə 860 fərqli məkanda reallaşacaq. Ötən il müsabiqəyə 4-5 komanda qatılmışdır. Həmin gənclər hazırda Game PR sektorunda çalışırlar, bu isə o deməkdir ki, ölkəmizdə game cəmiyyəti yaranmağa başlayır. Ötən il “Global Game Jam” müsabiqəsinə qatılan oyunçuların bəziləri bir araya gələrək, “Vriendly - VR təhsil sistemi” startapını qurdular. Hazırda müsabiqənin əsas təşkilatçılarından bir də elə bu startapdır”.
“Kiberidman sahəsində startapların az olması oyun proqramçılarının azlığı ilə bağlıdır. Məqsədlərimizdən biri də kiberidman sahəsini inkişaf etdirəcək proqramçıları üzə çıxarmaqdır. Sözügedən yarışda ən yaxşı nəticəni ABŞ göstərir. Lakin onu da qeyd edim ki, Azərbaycan yarışa ilk dəfə ötən il qatılsa da, təqribən Avropa oyunçuları ilə eyni nəticəni göstərmişdi. Bu il də oyunçularımızdan böyük gözləntilərimiz var”, – deyə T. Ağazadə bildirib.
Zeynəb ƏKBƏR
Texnologiya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















