AZ

Sonuncu dəfə Google və Youtube-da nə axtarmısınız? – Məşhurlarla sorğu

30.01.2020 09:07

Əvvəllər bizə lazım olan məlumat üçün ya kitabxanalara, ya da bunu biləcək adamlara üz tuturduq. İndi isə vəziyyət tamam fərqlidir. Bu gün bizdə sual doğuran istənilən mözvu ilə bağlı axtarış sistemlərinə müraciət edirik. Bildiyimiz kimi, axtarış sistemləri içində ən məşhuru Google, videohostinqlər arasında isə YouTube-dur. Hər kəs demək olar ki, hər gün 1 dəfə də olsa bu axtarış sistemlərindən istifadə edir.

 

TED.az olaraq “Sonuncu dəfə Google və YouTube-da nə axtarmısınız?” sualı ilə məşhurlar arasında sorğu keçirdik. Cavablar maraqlı oldu:

 

Tanınmış aktyor Bəhram Bağırzadə: “Sonuncu dəfə Google-da Məhəmməd peyğəmbərin (s.a.s) hədislərini axtarmışam. YouTube-da isə retro Azərbaycan mahnılarını axtarış verdim. Daha sonra Akif İslamzadə, Hüseynağa Hadıyev, Elmira Rəhimova və Mirzə Babayevi dinlədim”.

 

 

Müğənni, bəstəkar Murad Arif: “Mən Google və YouTube-da sonuncu dəfə nə axtardığımı demək istəmirəm. Çünki deyə bilmərəm”.

 

 

 

Məşhur videobloger Taleh Yüzbəyov: “Sonuncu dəfə Google-da “smart telecom”, YouTube-da isə “sag awards” axtarışı etmişəm”.

 

 

 

Tolik kimi tanıdığımız məşhur prodüsser, televiziya aparıcısı Tarix Əliyev: “Sonuncu dəfə ölən basketbolçu Kobe Brayt haqqında məlumat öyrənmək üçün Google-da axtarış vermişəm. Əslində mən idmanla maraqlanmıram, amma həmin basketbolçunun adını səhər Google-da axtardım. Çünki idmançılar milyarder olur və bahalı həyat tərzi yaşayırlar. Buna görə də həmin şəxs mənim üçün maraqlı oldu. YouTube-da isə tez-tez Azərbaycan müğənnilərinin trendlərinə baxıram. Daha doğru desək, yalançı trendimizi izləyirəm. Mənə maraqlıdır, o saxta trendlər insanları nə vaxta qədər aldadacaq. Azərbaycanda tanınmayan və bayağı ifaçılar ölkənin trendinə düşür. Azərbaycana gələn hansısa turist YouTube-a girsə, trendləri izləsə elə biləcək ki, onlar ölkənin ən öndə gedən müğənniləridir. Çünki trend sözün əsl mənasında ölkə radio və televiziyasını zəbt edənləri göstərir”.

 

 

Müğənni Ayan Babakişiyeva: “Sonuncu dəfə Google-da “Selena”nın oyununa görə, ingilis dilindən rus dilinə tərcüməni bilmək üçün translate-dən istifadə etmişəm. Qızıma yeni oyuncaq almışdım, buna görə məhz elə bir axtarış verdik. YouTube-da da, həmçinin “Selena”nın videolarını axtarmışdıq. Mənim üçün texnologiya budur (gülür) ”.

 

 

 

 

İTV-nin əməkdaşı Vüsalə Məmmədova: ““Sabaha saxlamayaq”ın dünənki mövzusu yağlar haqqında idi. Buna görə də yağların tərkibi ilə bağlı Google-da və YouTube-da axtarış vermişəm. Hər iki sistemdə eyni mövzu ətrafında; palma, kərə, duru yağlar barədə axtarış etdim. Bu, hər gün belə davam edir. Verilişimizin mövzusu nədirsə, gün ərzində axtarış sistemlərində mövzu barədə məlumat toplayıram”.

 

 

 

Jurnalist Ülviyyə Alovlu: “YouTube-da sonuncu dəfə “Fırıldaqçı Angelo”-nu izləmişəm. Cizgi filminin bütün bölümləri YouTube-da var. Mən cizgi filmlərini sevirəm. Qeyd etdiyim ağıllı cizgi filmidir deyə, hər gün həvəslə baxıram. Google-da isə “xəbər saytları” axtarışı verərək, gündəmi izləyirəm”.

 

 

 

Şairə, televiziya aparıcısı Nazilə Səfərli: “Mən elə bəxtəvər deyiləm ki, vaxtım olsun, Google və YouTube-dan istifadə edə bilim. Google nədi, mənim o qədər vaxtımmı var?! Mən öz sahəmə aid nə varsa, axtardığımı kitabdan oxuya bilirəmsə, YouTube-a göz və zaman xərcləmirəm. İşimlə bağlı isə nə lazımdısa prodüsserlər axtarıb-tapıb qarşıma qoyurlar. Onların hardan tapdığını isə soruşmuram, bilirəm ki, məlumat dəqiqdir”.

 

 

 

 

 

 

Nuranə DAXİLQIZI

 

 

 

 

 

 

 

TED + bölməsindən digər xəbərlər

Daha çox