AZ

Boston Dynamics-in robot iti neft şirkətində mühafizəçi işləyəcək

3baadb283f2ace4a60152f3c0f4fcf46.jpg
13.02.2020 23:55

Boston Dynamics şirkətinin istehsal etdiyi robot it Norveçdə bir neft şirkətində işə başlayacaq. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Spot adlı robot neft emalı zavodlarından birində istehsalat və təhlükəsizliyə cavabdeh olacaq. Görəcəyi iş isə üzərindəki 3D kamera və xüsusi sensorlarla qaz sızıntılarını aşkarlayıb operatorlara xəbər verməkdən ibarətdir. 


Bundan başqa, robot itin insan həyatı üçün təhlükəli ola biləcək tapşırıqlarda da istifadəsi gözlənilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox