“Sevgi iqtisadiyyatı”nın artımı – rəqəmsal izlər
3 il ərzində “Valentin Günü” xərcləri 17% artıb.
TED.az xəbər verir ki, dünyanın 53-dən çox ölkəsində həyata keçirilən kart əməliyyatları haqqında araşdırmanın nəticələrinə görə, “Valentin Günü” xərclərinin 2017-ci ildən 17% artması ilə qlobal iqtisadiyyatla yanaşı, “sevgi iqtisadiyyatı” da 5 dəfə böyüyüb.
Romantiklər əvvəlki illərlə müqayisədə sevgiləri naminə daha çox pul xərcləyirlər. Son üç il ərzində “Valentin günü”ndə və ona qədər (11-14 fevral tarixləri) edilən ümumi tranzaksiyaların sayı 31% artıb. Göstərilən rəqəmlər, “Sevgililər günü” ilə bağlı xərcləmə vərdişləri və meyillərini bütün dünya üzrə aparılan kredit, debet və əvvəlcədən ödənilmiş kart tranzaksiyaları əsasında təhlil edən “Mastercard Sevgi İndeksi”ndən götürülüb. Son trendlərə əsasən ənənəvi çiçək və zinət əşyaları kimi hədiyyələrin payı azalmaqdadır. Onların əvəzində "təcrübə" hədiyyələrinin sayı artır. Məsələn, hotel rezervasiyaları 22%, romantik məkanlara səfərlər isə “Valentin günü” xərclərinin 13%-ni təşkil edir. Keçən il 14 fevral ərəfəsində uçuş və səyahət rezervasiyalarına 2,2 milyard dollar xərclənib.
Qeyd edək ki, araşdırma əsasında o da məlum olub ki, ənənəvi “Valentin günü” kartına çəkilən xərclər də azalmaqdadır. Bu istiqamətdə son üç ildə cəmi 2% artım müşahidə olunub. Restoranda romantik şam yeməyi sevgililər üçün ən təhlükəsiz seçim olmaqda davam edir. 2017-ci ildən etibarən “Valentin günü”ndə restoranlarda edilən tranzaksiyalarda 32% artım müşahidə edilib, ümumi xərclər isə 2019-cu ildə 16% artaraq 3,4 milyard dollara çatıb. Çiçəklər xanımlar üçün ən çox alınan hədiyyələrdən olsa da, onların sayında 2017-ci ildən bəri cəmi 3% artım qeydə alınıb, hədiyyəlik zinət əşyalarında isə artım cəmi 6%-dir. “Sevgililər günü”ndə artım müşahidə olunan sahələrdən biri də onlayn ticarətdir. Son üç il ərzində bayram ərəfəsində onlayn tranzaksiyalar 57% artıb. Ənənəvi alış-verişlərdə isə təmassız tranzaksiyaların payı ilbəil artım göstərərək 2017-ci ildən etibarən 175%-dir. İndeksdəki göstəricilərdən belə qənaətə gəlmək olar ki, “Sevgililər günü” indi daha planlı təşkil edilir. Belə ki, ilbəil son dəqiqə alış-verişlərinin sayı azalır. 2019-cu ildə “Valentin günü” tranzaksiyalarının böyük hissəsi 11 fevralda həyata keçirilib. 2018-ci ildə tranzaksiyaların böyük qismi 12 fevral, 2017-ci ildə isə 13 fevral tarixlərində reallaşdırılıb. Redaktorlar üçün qeydlər illik “Mastercard Sevgi İndeksi” 3 il ərzində (11-14 fevral, 2017-2019-cu illər) dünyanın 53 bölgəsində edilən kredit, debet və əvvəlcədən ödənilmiş kart tranzaksiyalarının təhlili əsasında ərsəyə gəlib.
TED + bölməsindən digər xəbərlər
Poco F8 Ultra sınaqdan keçirildi
iPhone 17 Pro-da heç vaxt nəm salfetdən istifadə etməyin!
ChatGPT-nin sinir bozucu səhvi düzəldildi!
WhatsApp maraqlı yenilik təqdim edir
X Söhbət Xüsusiyyətini işə salır
Samsung-un çox danışılan hərəkəti
Lenovo Legion Y700 (Gen 5) Sızdırıldı!
Apple-ın Post-Tim Cook Dövrü Sürətlənir
Apple-ın 2026-cı il iPad planları sızdı
Volvo Trucks Elektrik Bazarında Liderliyi Gücləndirir
Spotify çoxdan gözlənilən yeniliyi təqdim edir
Telefonunuzu 100% doldurmaq batareyanın ömrünü qısaldırmı?
Apple, iPhone Air 2-ni satışa çıxardı
Həyəcan pikdədir! Sən də lüks avtomobil qazan!
Valve təsdiqləyir: Android oyunları Steam-ə gəlir
Google Pinterest-ə bənzər funksiyanı buraxır
Audi şirkəti Formula 1 avtomobilini təqdim etdi
Hyundai IONIQ 6 N üzə çıxdı!
Samsung televizorları üçün şad xəbər
iPhone HMO displeyi iPhone-da inqilab edə bilər
Google Play çoxdan gözlənilən funksiyanı təqdim etdi
OPPO ColorOS 16 Yeniləmə Cədvəlini elan etdi
Toy Story 5-in treyleri yayımlandı!
OpenAI problemdədir
Huawei-nin yeni nəsil qatlana bilən telefonu yoldadır
WhatsApp Windows 11-də veb-əsaslı versiyaya keçir!
Samsung orta səviyyəli seqment üçün yeni model hazırlayır!
Alien: Earth ikinci mövsümü alacaqmı?
Android batareyası xəbərdarlığı Play Store-a gəlir
Həftənin ən çox oxunanları
Honor 500 seriyası üçün geri sayım başlayır!
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
HyperOS 3 yeniləməsi daha çox cihaza yayılır!
Google Maps üçün Tesla Supercharger funksiyası!
Yeni Kia Telluride təqdim olundu
Peugeot Polyqon Konsepti: Gələcəyə İşıq Tutmaq 208
Stiv Cobs 10 dəqiqə ərzində Mac kalkulyatorunu necə hazırlayıb?
Android batareyası xəbərdarlığı Play Store-a gəlir
Apple Vision Pro üçün PlayStation nəzarətçi dəstəyi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

