Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz bayramı günlərində xüsusi iş rejimində fəaliyyət göstərəcək
Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz bayramındakı qeyri-iş günlərində də xüsusi iş rejimində çalışacaq.
TED.az xəbər verir ki, nazirliyin aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda koronavirusun profilaktikası üzrə bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. İşçilər mütəmadi olaraq zəruri sayda fərdi qoruma vasitələri (tibbi maskalar, əlcəklər) ilə təmin olunurlar.
Respublika ərazisində fəaliyyət göstərən rəsmi avtovağzal və avtostansiya komplekslərində beynəlxalq və ölkədaxili sərnişindaşımanı həyata keçirən daşıyıcılarla birlikdə avtonəqliyyat vasitələri, eləcə də avtovağzal ərazisi, gözləmə zalı, xidmət otaqları, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələr gündəlik dezinfeksiya olunur, proses bayram günlərində də davam etdiriləcək. Həmçinin “Bakı Taksi Xidməti” MMC-nin paytaxtda xidmət göstərən avtomobillərində də hər gün dezinfeksiya işləri aparılır.
Poçt Daşıma, “Şəbəkə” xidmət mərkəzləri, Poçt filial və şöbələrində də dezinfeksiya işləri hər gün davam etdiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.
TED + bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















