Koronavirusla Mübarizəyə Dəstək Fondu “ASAN ödəniş” sistemində
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sisteminə Koronavirusla Mübarizəyə Dəstək Fondu üzrə ödənişlər inteqrasiya olunub.
TED.az-ın məlumatına görə, koronavirusla Mübarizəyə Dəstək Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs ödənişləri sistem üzərindən istənilən yerdən, 24/7 rejimində ödəyə bilər.
Fonda ödəniş etmək istəyən şəxs www.asanpay.az portalında və ya “ASAN Ödəniş” mobil tətbiqində “digər xidmət ödənişləri” bölməsinə daxil olaraq “Koronavirusla Mübarizəyə Dəstək” düyməsinin üzərinə klik edir. Bundan sonra FİN və ya VÖEN üzrə axtarış edərək ödənişi həyata keçirir.
Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 113 məhkəmə orqani 7 publik hüquqi şəxs, dövlətə məxsus 10 hüquqi şəxs və 2 təhsil müəssisəsi olmaqla 241 dövlət qurumunun cərimə, vergi rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 600-dən artıq xidməti üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilir.
Koronavirusla Mübarizəyə Dəstək Fondu 19 mart 2020-ci il tarixində Prezident İlham Əliyevin Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərmanı ilə yaradılıb.
Texnologiya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















