Əhali ahıllara sosial xidməti necə anlayır? - "Yanlışlıqla ərzaq, ödənişsiz taksi üçün müraciət edirlər"
"Bəzən vətəndaşlar 142 qaynar xəttinə zəng edərək ərzaq yardımı və ya ödənişsiz taksi xidməti ilə təmin olunmaqla bağlı müraciət edirlər. Diqqətə çatdırırıq ki, sosial xidmətlər hər hansı ərzaq yardımı deyil".
Bu sözləri mediaya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib.
O, ölkədəki karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı insanlara göstərilən sosial xidmətlər barədə danışarkən bildirib ki, bəziləri tənha yaşlılara göstərilən sosial xidmətlərlə bağlı yanlış təsəvvürə malikdirlər: "Yaşı 65-dən yuxarı tənha insanlarımıza evlərində sosial xidmətlər göstərilir. Yalnız bu xidmətlərlə təmin olunmaq üçün həmin insanlar Nazirliyin 142 - Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınırlar.
Lakin bəzən vətəndaşlar 142-yə zəng edərək ərzaq yardımı və ya ödənişsiz taksi xidməti ilə təmin olunmaqla bağlı müraciət edirlər.
Bununla əlaqədar diqqətə çatdırırıq ki, sosial xidmətlər hər hansı ərzaq yardımı deyil.
Sosial xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir.
Eyni zamanda, tənha şəxslərə ödənişsiz taksi xidməti göstərilməsi ilə bağlı fikirlər də tam əsassızdır. Ayrılmış avtomobillər və sürücülər tənha insanlara sosial xidmətləri yerinə yetirənlər, yəni sosial xidmətçilər və onlarla birgə işləyən könüllülər üçün nəzərdə tutulub. Bunda da məqsəd xidmətlərin göstərilməsində çevikliyi təmin etməkdir.
Ona görə də vətəndaşlarımızdan bu məsələlərlə bağlı diqqətli olmalarını, yalnız nəzərdə tutulan istiqamətlər üzrə 142-yə zəng etmələrini xahiş edirik. Səhv məlumatlara, şaiyələrə deyil, rəsmi məlumatlara inanın
KORONAVİRUS bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















