AZ

Taksi xidməti göstərmək üçün nə etmək lazımdır? - İcazə qaydaları

 

6275b97bda86c4f77d5ec51bb36fcae4.jpg
10.04.2020 12:34

"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir. Dövlət və ya özəl təşkilatlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icaze.e-gov.az saytı vasitəsilə qeydiyyata alınırlar.

 

Hazırda ən çox verilən suallardan biri də taksi xidməti göstərənlərin necə icazə almaları ilə bağlıdır.

 

TED.az xəbər verir ki, xüsusi karantin rejimi dövründə taksi xidməti "fərqlənmə nişanı" almış vergi ödəyiciləri tərəfindən göstərilə bilər. Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyindən məlumat verilib. Bildirilib ki, həmin şəxslər barəsində məlumatlar "Asan imza" və ya "Elektron imza"-dan istifadə edilməklə icazə.e-gov.az portalına daxil edildikdən və icazə alındıqdan sonra onların hərəkətinə icazə verilir. 

 

Qeyd edək ki, yalnız zərurət yarandığı halda bu xidmətlərdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

 

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox