AZ

190 manat yardım almaq üçün qeydiyyatdan necə keçmək lazımdır? – VİDEOTƏLİMAT

b6779ee50d70b8eabefa8e56e100e0ad.jpg
10.04.2020 20:21

Məlum olduğu kimi, iş yerlərinin bağlanması və karantin rejimi ilə əlaqədər dövlət işsizlər üçün 190 manat birdəfəlik müavinət ödəyəcək.


TED.az xəbər verir ki, işsizlərin qeydiyyatı yalnız elektron qaydada aparılır.


Bəs qeydiyyat prosesi hansı punktlarla aparılır? 


İlk şərt işsizlik statusunuzu rəsmiləşdirməkdir. Bunun üçün www.e-sosial.az saytına daxil olaraq e-xidmətlər bölməsinə giriş etməlisiniz. 


Ardınca “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xanasını seçmək lazımdır. 


Bundan sonra asan imza və ya elektron imza ilə qeydiyyatdan keçə bilərsiniz. Sadalananlardan heç biri yoxdursa, Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmaq da mümkündür. Bunun üçün “İstifadəçi FİN-i ilə” xanasını seçmək lazımdır. 


FİN əldə etmək üçün qeydiyyatdan keçməlisiniz. Belə ki, “Qeydiyyatdan keçin” düyməsinə klikləyərək şəxsiyyət vəsiqənizin FİN kodunu və mobil nömrənizi daxil etməlisiniz. 


Telefonunuza gələn aktivasiya kodunu yazıb, şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlamış olacaqsınız.


FİN ilə daxil olaraq şifrənizi yığmalı, məşğulluq bölməsində uyğun məlumatları yerləşdirməlisiniz. 


Qeydiyyat zamanı problemlə qarşılaşsanız, 142 çağrı mərkəzinə zəng edərək ətraflı məlumat ala bilərsiniz.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox