Elza İbrahimovanın YouTube hesabı necə bərpa olundu? — Daha əvvəl kanalı silməkdə ittiham olunan şirkətdən AÇIQLAMA
Xalq artisti, məşhur bəstəkar Elza İbrahimovanın YouTube hesabı geri qaytarılıb.
“Biz dünyasını dəyişmiş və hazırda yaşayan yaradıcı insanların hüquqlarını qoruyuruq. Borcumuz Azərbaycan mədəniyyətinə xidmət etməkdir. Məsələnin həllini düşünüb ilk növbədə Çingiz bəylə (Red: Elza İbrahimovanın qardaşı Çingiz İbrahimov) danışdıq, o öz yanlışını başa düşdü, bizə isə ona dəstək göstərmək qaldı”.
Bunu TED.az-a açıqlamasında “WediaCorp Azərbaycan” şirkətinin meneceri Ceyhun Əsədov deyib.
C.Əsədov bildirib ki, şirkətin YouTube-a müraciətindən sonra Elza İbrahimovanın kanalı bərpa olunub: “Azərbaycanda rəsmi nümayəndəsi olaraq bununla bağlı platformaya müraciət etdik və kanal iki gündən sonra bərpa olundu. Çingiz bəyin dediyinə görə, YouTube-da bəstəkarın yeni kanalı yaransaydı belə, Elza xanımın arxivini yenidən yaratmaq çətin olardı. Ona görə də bu addımı atmağı vacib bildik”.
Şirkət meneceri vurğulayıb ki, “WediaCorp” şirkətinin məqsədi dünyasını dəyişmiş və ya hazırda yaşayıb yaradan insanların hüquqlarını qorumaqdır.
“Bundan sonra öz dəstəyimizi yenə göstərəcəyik”, — deyə o qeyd edib.
Xatırladaq ki, may ayının əvvəlində “WediaCorp Azərbaycan” şirkəti dünyasını dəyişən tanınmış sənətçilərin kanallarını və mahnılarını YouTube-dan silməkdə ittiham olunurdu. Silinənlər arasında Elza İbrahimovaya məxsus 800-dən çox musiqi videosu da var idi. Bəstəkarın qardaşı Çingiz İbrahimov hesabın “WediaCorp Azərbaycan” şirkəti tərəfindən bağlanıldığını iddia edirdi.
Fatimə ZÜLFİQAR
TED + bölməsindən digər xəbərlər
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Həftənin ən çox oxunanları
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



