"Virtual məktəb"də qeydiyyatdan keçən müəllimlərə internet hədiyyəsi
Təhsil Nazirliyinin "Virtual məktəb" layihəsi çərçivəsində dəstək çağırışlarına ölkənin ən böyük təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “AzEduNet” şirkəti də qoşulub.
TED.az xəbər verir ki, hazırda ölkəmizdə tədris prosesinin onlayn şəkildə davam etdirilməsi ilə əlaqədar "AzEduNet" şirkətinin təşəbbüsü ilə “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş 10 mindən çox müəllim-pedaqoji heyətinin mobil nömrə balansına 5GB mobil internet paketi yüklənib.
Xatırladaq ki, tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsi hazırda 4 minə yaxın təhsil müəssisəsini əhatə edir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar təhsil müəssisələrində vahid intranet şəbəkəsinin qurulması və intranet üzərindən telekonfrans rabitəsinin (IP telefoniya, videokonfrans) təşkili, internetə yüksək sürətli çıxışın təmin olunması, təhsilalanların internetin zərərli məzmunlarından qorunması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.
TED + bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















