"Microsoft Azərbaycan"ın rəsmisi "Virtual məktəb"lə bağlı sualları cavabladı
"Virtual məktəb" layihəsinin yaratdığı imkanlar mövzusunda məktəb direktorları və müavinləri ilə canlı görüş keçirilib.
TED.az xəbər verir ki, ümumilikdə 1418 nəfərin iştirak etdiyi görüşdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov və "Microsoft Azərbaycan" şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov tərəfindən mövzu ətrafında çoxsaylı suallar cavablandırılıb.
Görüşdə virtual məktəbdə tədris prosesinin təşkili, təhsilin idarəolunması və təhsilverənlərin peşəkarlığının inkişafı imkanları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, platforma məktəb rəhbərləri üçün aparılan virtual dərslərin izlənilməsinə, məsafədən təşkil olunmuş dərslərin səmərəliliyinin ölçülməsinə və icmallaşdırılmış məlumatların toplanılması və təhlilinə şərait yaradır. Eyni zamanda virtual məktəbdə xüsusi yaradılmış qruplarda müəllimlərlə birgə pedaqoji şuralar və valideynlərlə iclaslar keçirmək mümkündür.
Bununla yanaşı, layihə çərçivəsində distant dərslərdə istifadə olunan interaktiv alətlər, şagirdlər arasında keçirilən “Virtual əlaçı” bilik yarışması, yay aylarında nəzərdə tutulan müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar barədə məlumat verilib. Həmçinin, görüş iştirakçılarının platformada görmək istədikləri yeni funksionallıqlar və tədbirlər barədə təklifləri dinlənilib.
Elm bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















