AZ

Bul il İKT yönümlü ixtisaslar üzrə qəbul balları neçə olacaq? - Ekspert təhlili

 

c324cb43ee9aa667d525400b883cc295.jpg
25.05.2020 15:41

Koronavirusla əlaqədar ali məktəblərə qəbul imtahanlarındakı dəyişikliklər abituriyentlərin builki nəticələrini sual altında qoyub. 

 

Maraqlıdır, bu il İKT yönümlü ixtisaslara qəbul müsabiqəsinin gedişində formalaşan keçid balları neçə olacaq? İT sahəsi üzrə təhsil almaq istəyən abituriyent qarşısına neçə balı hədəf kimi qoymalıdır?

 

Mövzu ilə bağlı TED.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov qəbul nəticələrinə əsasən, son iki ildə İKT yönümlü ixtisaslara dair statistik göstəriciləri təhlil edib.

 

Bildirilib ki, İKT artıq həyatımızın tərkib hissəsinə çevrilib: "Xidmətlərin əsas hissəsi informasiya texnologiyaları vasitəsi ilə həyata keçirilir. Hökumətin və sosial mühitin rəqəmsallaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi, İKT sahəsində bilik və bacarıqların yüksəldilməsi, milli kontentin inkişaf etdirilməsi, cəmiyyətin bütün üzvlərinin İKT-nin yaratdığı imkanlardan istifadəsinə şərait yaradılması diqqət mərkəzində saxlanılır. Ölkədə İKT sahəsində atılmış zəruri addımlardan biri də “gələcəyin ixtisası” sayılan İKT sahəsində peşəkar kadrların hazırlanmasıdır. Son illərdə əksər ali məktəblərdə İKT yönümlü ixtisaslar açılıb. Artan tələbat nəzərə alınaraq plan yerlərinin sayı da tədricən  artırılıb. Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsində I ixtisas qrupu üzrə 5“42 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi ləğv olunub və I ixtisas qrupu üzrə siyahıya “İnformasiya texnologiyaları”, “Sistem mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” ixtisasları əlavə edilib. Bəzi ekspertlər düşünürlər ki, qəbul imtahanlarına “informatika” fənni də salınmalıdır. Bu fikir nə qədər dövrün tələblərinə uyğun səslənsə də, xüsusilə rayon və kənd məktəblərində şagird və müəllimlərin İT biliklərinin lazımi səviyyədə olmaması, bunun üçün tələb olunan infrastruktur və şəraitin yoxluğu həmin mütərəqqi fikrin reallaşmasına imkan vermir. Bu problem özünü pandemiya səbəbindən dərslərin orta və ali məktəblərdə dayandırılmasından sonra tətbiq edilən onlayn tədrisdə də göstərdi".

 

A.Məmmədov qeyd edib ki, Dövlət İmtahan Mərkəzi hər ilin sonunda qəbul imtahanlarının elmi-statistik nəticələrini dərc edir: "DİM-in İKT yönümlü ixtisaslara dair təqdim etdiyi statistik məlumatların təhlili göstərir ki, son 2 ildə qəbul imtahanlarında  I qrup ixtisaslarının müsabiqəsinə “İnformasiya texnologiyaları”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən, “Kompüter elmləri” ixtisası üzrə isə ümumi balı 300-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak ediblər. 2017/2018-ci tədris ilində I ixtisas qrupu üzrə ən çox plan yeri “Riyaziyyat və informatika müəllimliyi” (640 yer), “Kompüter elmləri” (640 yer) və “İnformasiya texnologiyaları” (568 yer) ixtisaslarına ayrılıb. Qəbul nəticələrinə görə, 2018-ci ildə abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, rus bölməsində isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları” ixtisasına üstünlük veriblər".

 

Ekspert bəzi İKT yönümlü ixtisaslar üzrə balların yüksəldiyini də vurğulayıb: "2017/2018-ci və 2018/2019-cu tədris illəri üçün dövlət ali təhsil müəssisələrinin eyni adlı ixtisaslarına (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Biotibbi texnologiya mühəndisliyi, Sistem mühəndisliyi, Sənaye mühəndisliyi) qəbul olan abituriyentlərin nəticələrinin müqayisəsi göstərir ki, il keçdikcə bu ixtisaslar üzrə sənəd qəbulunda artan rəqabət balların getdikcə yüksəlməsinə gətirib çıxarıb. Təbii, bəzi nəticələr istisnadır. Bu, müsbət tendensiyadır. Məsələn, 2017/2018-ci tədris ili üzrə “İnformasiya texnologiyaları” ixtisası üzrə Bakı Mühəndislik Universiteti (tədris ingilis dilində aparılır) minimal bal 618, orta bal 635.967 olubsa, 2018/2019-cu tədris ilində eyni ixtisas üzrə BMU-da minimal bal 634, orta bal 644.367 olub. Aşağıda İKT yönümlü ixtisaslar üzrə son iki ilin nəticələrinin müqayisəli təhlili verilib. Lakin, fikrimizcə, pandemiyaya görə, martın 3-dən tədrisin dayandırılması builki imtanlara təsirini göstərəcək. İmtahanlara keçirilməyən mövzular salınmasa da, pandemiyanın abituriyentlər üzərindəki psixoloji təsiri və imtahanların bir məhələdə keçirilməsi bu qənaətə gəlməyimizə əsas verir".

 

Onun fikrincə, koronavirus pandemiyasının dünya siyasi sisteminə, iqtisadiyyatına, təhsil və elm sisteminə təsiri göstərdi ki, artıq dünya yeni texnoloji inkişaf mərhələsinə qədəm qoyur: "COVID-19 böhranı bütün sahələrdə yeniliklərin tətbiq edilməsinə zəmin yaratdı. Məsələn, qeyri-neft sektorunun inkişafı bir daha gündəmə gəldi, İnternetdən istifadənin genişlənməsinə, cəmiyyətin və dövlətin onlayn texnologiyalar əsasında idarə olunmasına və s. daha yüksək tələbat formalaşdı. IV sənaye inqilabının əsas lokomotivi olan “Əşyaların İnterneti” texnologiyaları, kiberfiziki sistemlər artıq real məkan subyektləri (insanlar, əşyalar və s.) ilə virtual məkan subyektlərini çulğalaşdırır. Başqa sözlə, sivilizasiya tarixində ilk dəfə olaraq təbiət və cəmiyyət sosiotexnoloji əsasda yenidən qurulmağa başlayır. Belə bir şəraitdə ölkəmizdə İKT sahəsində kadr hazırlığına, xüsusən də, kompüter elmləri, informasiya təhlükəsizliyi, süni intellekt və s. üzrə daha ixtisaslı mütəxəssislərin yetişdirilmsinə xüsusi diqqət yetirilməlidir. Yəni təhsildə informasiya texnologiyaları ilə əlaqədar bilikləri artırmaq lazımdır ki, gələcəkdə insanlar bu təhlükələrin yaradacağı təhlükələrdən əziyyət çəkməsinlər.

 

Bu gün dünyada baş verən proseslərlə əlaqədar əmək bazarının tələbləri də dəyişir. Onlayn fəaliyyət növlərinin aktuallaşması informasiya-kommunikasiya texnologiyaları sahəsində peşələrə daha çox ehtiyac yaradıb. Gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatların statistikasının hazırlanması, süni intellekt və informasiya texnologiyalarının təhlükəsizliyini əhatə edən peşələrə daha çox ehtiyac olacaq. Buna görə də gələcəkdə baş verəcək mümkün kritik situasiyaları nəzərə alıb əmək bazarının tələblərinə və dövrün çağırışlarına cavab verən ixtisasların müəyyənləşdirilməsi və təsnifatının aparılması zəruridir".

 

Ekspert sonda 2017/2018-ci və 2018/2019-cu tədris illəri üçün eyni adlı ixtisaslara qəbul olan abituriyentlərin bal göstəricilərinin müqayisəsini TED.az-la bölüşüb. Qeyd edilən ballar Azərbaycan bölməsi, əyani şöbə üzrədir:

 

I QRUP

2017/2018-ci tədris ili üzrə

 

ALİ TƏHSİL MÜƏSSİSƏSİ

Min. bal

Orta bal

 

Kompüter elmləri

 

Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası

642.000

651.533

Bakı Dövlət Universiteti (tədris
ingilis dilində aparılır)

621.000

636.733

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti (tədris ingilis
dilində aparılır)

607.000

628.000

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti

550.000

576.967

"ADA" Universiteti (tədris ingilis
dilində aparılır)

377.000

538.000

Bakı Dövlət Universiteti

334.000

447.012

Azərbaycan Texniki Universiteti

301.000

329.060

Gəncə Dövlət Universiteti

300.000*

368.750

           

 

2018/2019-cu tədris ili üzrə:

ALİ TƏHSİL MÜƏSSİSƏSİ

Min. bal

Orta bal

 

Kompüter elmləri

 

Azərbaycan Respublikası
Prezidentiyanında Dövlət
İdarəçilik Akademiyası

637.000

650.867

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti (tədris ingilis
dilində)

630.000

641.240

Bakı Dövlət Universiteti (tədris
ingilis dilində)

623.000

632.133

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti

576.000

596.940

ADA Universiteti (tədris ingilis
dilində)

360.000

515.362

Bakı Dövlət Universiteti

346.000

472.830

 

2017/2018-ci tədris ili üzrə

Kompüter mühəndisliyi

 

Bakı Mühəndislik Universiteti
(tədris ingilis dilində aparılır)

638.000

656.767

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti (tədris ingilis
dilində aparılır)

600.000

621.600

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti

546.000

568.333

Bakı Mühəndislik Universiteti

545.000

583.800

Milli Aviasiya Akademiyası

539.000

571.267

Azərbaycan Texniki Universiteti

277.000

311.821

Sumqayıt Dövlət Universiteti

244.000

264.720

Lənkəran Dövlət Universiteti

234.000

262.520

"ADA" Universiteti (tədris ingilis
dilində aparılır)

231.000

401.424

Azərbaycan Texnologiya
Universiteti (Gəncə ş.)

202.000

232.175

 

2018/2019-cu tədris ili üzrə

Kompüter mühəndisliyi

 

Bakı Mühəndislik Universiteti
(tədris ingilis dilində)

648.000

658.100

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti (tədris ingilis
dilində)

624.000

633.360

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti

415.000

554.773

ADA Universiteti (tədris ingilis
dilində)

309.000*

433.176

Milli Aviasiya Akademiyası

294.000

469.733

Azərbaycan Texniki Universiteti

282.000

307.655

Lənkəran Dövlət Universiteti

236.000

270.400

Sumqayıt Dövlət Universiteti

204.000

240.969

Azərbaycan Texnologiya
Universiteti (Gəncə şəhəri)

202.000

232.320

Bakı Mühəndislik Universiteti

200.000*

482.538

 

 

2017/2018-ci tədris ili üzrə

 

İnformasiya texnologiyaları

 

Bakı Mühəndislik Universiteti
(tədris ingilis dilində aparılır)

618.000

635.967

 

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti (tədris ingilis
dilində aparılır)

588.000

598.840

 

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti

546.000

571.567

 

Azərbaycan Dövlət İqtisad
Universiteti

520.000

536.100

 

Milli Aviasiya Akademiyası

513.000

540.933

 

Bakı Mühəndislik Universiteti

390.000

513.133

 

"ADA" Universiteti (tədris ingilis
dilində aparılır)

322.000

489.964

 

Naxçıvan Dövlət Universiteti

277.000

360.300

 

Azərbaycan Texniki Universiteti

270.000

328.120

 

Azərbaycan Memarlıq və İnşaat
Universiteti

268.000

330.360

 

           

 

2018/2019-cu tədris ili üzrə

İnformasiya texnologiyaları

 

Bakı Mühəndislik Universiteti
(tədris ingilis dilində)

634.000

644.367

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti (tədris ingilis
dilində)

618.000

624.800

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti

495.000

560.800

Milli Aviasiya Akademiyası

375.000

533.833

Azərbaycan Memarlıq və İnşaat
Universiteti (tədris ingilis dilində)

313.000

454.800

ADA Universiteti (tədris ingilis
dilində)

307.000*

453.444

Naxçıvan Dövlət Universiteti

301.000

408.450

Azərbaycan Texnologiya
Universiteti (Gəncə şəhəri)

277.000*

303.500

Azərbaycan Memarlıq və İnşaat
Universiteti

270.000

295.380

Azərbaycan Dövlət İqtisad
Universiteti

266.000*

480.220

Azərbaycan Texniki Universiteti

265.000

297.387

Azərbaycan Dövlət Aqrar
Universiteti (Gəncə şəhəri)

259.000*

347.778

Bakı Mühəndislik Universiteti

255.000*

422.564

Azərbaycan Memarlıq və İnşaat
Universiteti

253.000*

288.375

Sumqayıt Dövlət Universiteti

252.000*

281.333

Mingəçevir Dövlət Universiteti

251.000*

292.789

Lənkəran Dövlət Universiteti

251.000*

277.000

Azərbaycan Dövlət İqtisad
Universiteti (Zaqatala filialı)

251.000*

301.333

 

2017/2018-ci tədris ili üzrə

Biotibbi texnologiya mühəndisliyi

 

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti (tədris ingilis
dilində aparılır)

437.000

459.600

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti

266.000*

459.211

Azərbaycan Texniki Universiteti

241.000

320.733

 

2018/2019-cu tədris ili üzrə

Biotibbi texnologiya mühəndisliyi

 

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti (tədris ingilis
dilində)

447.000

497.750

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti

443.000

473.133

Azərbaycan Texniki Universiteti

241.000

310.636

 

2017/2018-ci tədris ili üzrə

Sistem mühəndisliyi

 

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti (tədris ingilis
dilində aparılır)

617.000

630.960

Milli Aviasiya Akademiyası

265.000

299.000

Azərbaycan Dövlət İqtisad
Universiteti

252.000

287.400

Azərbaycan Texniki Universiteti

248.000

263.640

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti

247.000

441.700

Bakı Mühəndislik Universiteti

218.000

317.950

 

2018/2019-cu tədris ili üzrə

Sistem mühəndisliyi

 

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti (tədris ingilis
dilində)

642.000

651.700

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti

562.000

586.000

Milli Aviasiya Akademiyası

326.000

345.600

Azərbaycan Dövlət İqtisad
Universiteti

283.000

319.160

Bakı Mühəndislik Universiteti

266.000

412.933

Azərbaycan Texniki Universiteti

259.000

280.160

 

2017/2018-ci tədris ili üzrə

Sənaye mühəndisliyi

 

Bakı Mühəndislik Universiteti
(tədris ingilis dilində aparılır)

245.000*

438.500

Bakı Mühəndislik Universiteti

202.000*

347.810

 

2018/2019-cu tədris ili üzrə

Sənaye mühəndisliyi

 

Bakı Mühəndislik Universiteti
(tədris ingilis dilində)

275.000

418.800

Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti

238.000

333.044

Bakı Mühəndislik Universiteti

226.000

284.800

Sumqayıt Dövlət Universiteti

211.000

271.250

 

Lamiyə SÜLEYMANLI

Elm bölməsindən digər xəbərlər

Daha çox