AZ

Mobil operatorların pulsuz WhatsApp tarifləri nə dərəcədə keyfiyyətlidir? - ARAŞDIRMA

 

106779778_2641573069493832_8666350626406514237_n
06.07.2020 16:56

Ölkəmizdə mövcud olan Azercell, Bakcell və Nar mobil operator şirkətlərinin təklif etdiyi internet paketləri qiymətə və istəyə görə ayrılır. Hər istifadəçiyə uyğun olaraq təqdim edilən bu xidmət növü özündə bir çox özəlliyi daşıya bilər. Bu cür xüsusiyyətlərdən biri də internet paketinin daxilində sosial şəbəkələrinin, eləcə də WhatsApp tətbiqinin pulsuz olmasıdır. 


Qeyd edək ki, mobil operatorların hər biri aylıq internet paketlərinin “ödənişsiz WhatsApp” xidmətini ümümi paketlər çərçivəsində, ya da müvəqqəti aksiya şəklində təqdim edir. 


TED.az “pulsuz pendir yalnız tələdə olur” məsəlindən ilhamlanaraq mobil operator şirkətlərinin təklif etdiyi həmin ödənişsiz xidmətin nə dərəcədə keyfiyyətli olub-olmadığını araşdırıb.


Azercell

 

 


Azercell mobil operator şirkəti WhatsApp messencerindən pulsuz istifadə funksiyasını hər bir internet paketinin daxildə təklif edir. Aksiya çərçivəsində 500 MB, 1 GB, 5 GB,10 GB və 50 GB-lıq aylıq internet paketlərində MB-lar bitdikdən sonra belə, WhatsApp-da yazışması pulsuzdur. 


Bütün aylıq internet paketləri sifariş etmiş abunəçilər “Pulsuz WhatsApp” kampaniyasına avtomatik olaraq qoşulur, yalnız bu xidmətin də özünəməxsus “amma”ları var:


1). Pulsuz WhatsApp yalnız mətn yazışmalarına aiddir;


2). Kampaniya yalnız fiziki şəxs statusuna malik Azercell Fakturalı və Fakturasız Xətt abunəçilərinə aiddir;


3). Pulsuz WhatsApp mətn yazışması kampaniya müddətində alınmış və ya yenilənmiş bütün aylıq internet paketlərinə şamil olunur;


4). WhatsApp mətn yazışmaları əsas internet trafik balansına təsir etmir və bu balans bitdikdə belə, abunəçi paketin istifadə müddətinin sonunadək WhatsApp-da ödənişsiz yazışmağa davam edə bilər;


5). İnternet paketinin müddəti bitibsə və paket yenilənməyibsə, o zaman pulsuz WhatsApp mətn yazışması keçərli deyil;


6). Kampaniyanın müddəti bitəndən sonra pulsuz WhatsApp kampaniyası dayandırılır;


Kampaniya yalnız yazışmalara aid olduğu üçün trafik sürəti önəmli rol oynamır. 


NAR

 


“Nar” mobil operator şirkəti də WhatsApp-dan istifadəni kampaniya çərçivəsində pulsuz edib. Mayın 4-dən etibarən, Nar-ın bütün yeni aktivləşmiş “Turbo” internet paketlərində WhatsApp pulsuzdur.


“Turbo” paketin istifadə müddəti bitənədək WhatsApp vasitəsilə yazılı ismarıclar göndərmək mümkündür.
 

 

Müxtəlif həcmli “Turbo” paketləri istər mobil telefonda, istərsə də kompüterdə 225 Mb/s-dək trafik sürətini təmin edir. 

 

Paket bitdiyi zaman “ədalətli istifadə” siyasətinə uyğun olaraq istifadə müddətinin sonunadək pulsuz internetdən və WhatsApp vasitəsilə limitsiz yazışmadan yararlanmaq olar. 

 

İstifadəçilərin sözlərinə görə, paketin həcmini bitirdikdən sonra internetdən istifadə pulsuz olsa da, trafik sürəti çox da ürəkaçan deyil. 


Bundan fərqli olaraq irihəcmli “Turbo XL”, “Turbo 2XL” və “Turbo 3XL” paketlərində gecələr internet yüksək sürətlə pulsuz və limitsizdir.

 

“Nar”-ın internet paketini sifariş verərkən aşağıdaki qeydləri nəzərə almaq lazımdır:

 

1). Cari paketin interneti bitmədiyi halda, yeni paket sifariş olunarsa, hər iki paketin meqabaytları cəmlənəcək, lakin hər paketin trafiki öz istifadə müddəti ərzində aktiv olacaq. Aktiv paketlərin istifadə müddəti bitdikdən sonra, yalnız sonuncu sifariş edilmiş paket yenidən aktivləşəcək


2). İnternet paketlərinin istifadə müddəti boyunca WhatsApp (yalnız yazılı mesajlar) pulsuzdur.


Hesablanma: 1 GB = 1000 MB, interval 40 kb-dır.


3). Limitsiz gecə interneti kommersiya məqsədləri üçün deyil, yalnız bir cihazda şəxsi istifadə üçün nəzərdə tutulub və digər cihazlarda istifadə üçün paylaşıla bilməz.


4). Təqdim edilən xidmətdən abunəçinin sui-istifadə etməsi nəticəsində başqa abunəçilər üçün bu xidmətin keyfiyyətinin aşağı düşməsi qeydə alınarsa, Nar həmin abunəçinin nömrəsində xidməti məhdudlaşdırma hüququnu özündə saxlayır.


Bakcell 

 

 

 


Bakcell mobil operator şirkəti WhatsApp-dan pulsuz istifadə funksiyasını ayrıca internet paketində yerləşdirib.


Mobil operator, daim internetdə olanlar üçün DaimOnline 6 aylıq tarif çərçivəsində 3 GB internet, 50 dəqiqə və pulsuz WhatsApp təklif edir. “DaimOnline 6” tarifində pulsuz WhatsApp istifadəsi yalnız mətn mesajlarına şamil ediləcək və WhatsApp üçün nəzərdə tutulmuş internet trafikin həcmi 5 GB təşkil edəcək. 


Tarifin qiyməti 6 AZN təşkil edir. 


Digər tarif isə daha zəngin xidmət növlərini ehtiva edir. “DaimOnline 10” aylıq tarif çərçivəsində 5 GB internet, 100 dəqiqə, pulsuz WhatsApp, pulsuz İnstaqram və pulsuz Feysbuk təklif edir. Sosial mediadan pulsuz istifadə üçün hər ay 5 GB ayrılır. İnternetin tarifikasiya intervalı 64 KB-dır. 


Aylıq əsas internet balansı bitdikdən sonra, hansısa paketə qoşulma təmin olunmasa, internet xidməti dayandırılacaq, lakin pulsuz sosial şəbəkə üçün ayrılmış trafikin qalığı, istifadə müddəti bitənə qədər qüvvədə olacaq. 


Paketin qiyməti 10 AZN təşkil edir. 


Fatimə ZÜLFİQAR

TED + bölməsindən digər xəbərlər

Daha çox