Azərbaycanlı gənclər su problemlərinə texnoloji həll tapdı — Dəniz suyunu içməli suya çevirən süni intellekt əsaslı sistem
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə keçirilən "Aquahack" onlayn hakaton yarışı keçirilib. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin də dəstəkçisi olduğu “Aquahack”-da “Arducoman” komandası ən yüksək bal toplayaraq qalib olub.
TED.az “Helius” layihəsi ilə birinci yerə sahib olan “Arducoman” komandasının üzvü Ayxan Qurbanovla müsahibəni təqdim edir.
Helius-un məqsədi nədir?
“Qurbanov Ayxan, Əbdüləzizli İbrahim, Sultanzadə Şamil və Əzizov Rafaeldən ibarət komandamız az vaxt ərzində “Helius” layihəsini hazır vəziyyətə gətirib. “Helius” layihəsinin mahiyyəti günəş enerjisi vasitəsilə desterilizasiya edilmiş suyun alınmasından ibarətdir. Proyektin inşa edilməsində 3 məqsədimiz var. Onlardan ən əsas məqsəd təmiz suyun alınmasıdır. Təmiz suyun alınma prosesində alternativ enerji mənbəyindən istifadə olunur, bu da onu ekoloji cəhətdən zərərsiz və ucuz edir”.
Desterilizasiya prosesi necə aparılır?
“Layihə günəş konsentratoru və iki bakdan ibarətdir. Konsentrator günəş şüalarını yığaraq iki bakdan birinə lazer şəklində yönəldir. Bakdakı dəniz suyu yüksək təzyiq təsirindən buxarlanaraq digər baka keçir və kondensasiya olunur. Nəticədə destelirizasiya edilmiş içməli su yaranır. Layihədə əlavə olaraq süni intellekt əsaslı alqoritm də yer alır. Həmin alqoritm vasitəsilə suyun dərəcəsini, duz tərkibini və mineralizasiya dərəcini müəyyən edir. Bundan əlavə, layihəmizin tətbiqi də var. Bu prosesi oradan idarə edə bilirik”.
Tətbiqiniz haqqında ətraflı danışa bilərsinizmi?
“Tətbiqimizin adı “Arducoman”dır. Tətbiq vasitəsilə sistemi idarə etmək imkanımız var. Orada qurğunun vəziyyətini aydın görə bilirik. Tətbiqin interfeysi çox asan və sadədir. Baş səhifədə bakın temperaturunu görmək mümkündür, həmçinin həmin səhifədə 4 əsas vicet yerləşdirilib: “Sistem control”, “Sistem results”, “Settings” və “About us”. “Sistem control” bölməsində qurğunun necə işləyəcəyini müəyyən etmək mümkündür: maksimal rejim, normal rejim və sistemin dayandırılması. “Settings” bölməsində sistemin hər bir elementini kontrol etmək mümkündür, sistem insan və ya avtomatlaşdırılmış atqoritm vasitəsilə idarə olunur. “Sistem results” bölümündə qurğunun işləmə nəticəsinin data məlumatlarını görmək olar. “About us” bölməsində isə öz haqqımızda informasiya yerləşdirilib”.
Layihəni inkişaf etdirməyi düşünürsünüzmü?
“Bu həftə “mükafatlandırma mərasimi" keçirilməlidir, orada UNDP nümayəndəsi iştirak edəcək. Hesab edirəm ki, məhz o tədbirdə “sınaq" modelinin tikintisi barədə razılıq əldə olunacaq. Layihə materiallarımızın ucuzluğu nəzərə alaraq özümüz də öz hesabımıza qurğunu inşa etməyə hazırıq. Amma bunun üçün bizə ən az 50 kvadrat metrlik sahil ərazisi ayırmalıdır. Bundan əlavə, tətbiqimiz vasitəsilə insanların fikrini öyrənmək imkanımız var, insanları yeni ideyaları layihəmizi təkmilləşdirə bilər”.
Fatimə ZÜLFİQAR
Startaplar bölməsindən digər xəbərlər
OpenAI və Amazon 38 milyard dollarlıq nəhəng müqavilə imzalayır!
iPadOS 26.1 yeniləməsi buraxıldı
watchOS 26.1 və tvOS 26.1 yeniləmələri buraxıldı
iPhone ilə işləyən MacBook qiyməti ilə təəccübləndirəcək!
Apple iOS 26.2 beta versiyasını buraxdı!
App Store veb səhifəsi yeniləndi
Galaxy S26-nın təqdimat tarixi açıqlandı
Samsung Galaxy Z TriFold üçün yeni şəkillər paylaşılıb
Ən populyar qrafik kartları açıqlanıb
Qoruyucu əlcəklər artıq motosiklet sürənlər üçün məcburidir
Togg elektrikli avtomobil satışında birinci yeri qoruyur
Yeni Toyota Hilux gəlir
Lenovo ağıllı eynəkləri ilə təəccübləndirəcək
Atari 2600+ Pac-Man Edition buraxıldı!
Mini PlayStation 5 hazırladılar!
8 Elite Gen 6 iki fərqli modeldə satışa çıxarılacaq!
İndi Sən Məni Gör 3 treyleri yayımlandı
WhatsApp Apple Watch proqramı buraxıldı
Metroid Prime 4-ün buraxılış tarixi açıqlandı!
Ayın qazılması rəsmi olaraq davam edir
Apple-ın Yeni Məhsulları Bəlli Oldu
Windows 11-ə keçərkən diqqətli olun!
ChatGPT İndi Reklam Göstərə Bilər!
Redmi Turbo 5 – 9.000 mAh-lıq Nəhəng Batareya İddiası!
BMW və Samsung ittifaq qurur
Google Tərcümə “İrəliləmiş” Modelini Sınaqdan Keçirir
Siri Google Gemini İnfrastrukturuyla Güclənəcək
Windows 10-un 10 İllik Xətası Nəhayət Həll Olundu!
Xiaomi-dən Elektrikli Avtomobil Rekordu!
Həftənin ən çox oxunanları
Apple Q4 2025 gəlirləri açıqlanıb: Bu qədər pula ölkə ala bilərlər!
Samsung-un gəlirləri zirvəyə çatdı
WhatsApp Apple Watch üçün rəsmi tətbiqi gəlir
Google Chrome gözlənilən yeniliyi təqdim edir
Google Gemini rekord qırdı!
“İlin Avtomobili 2026” finalistləri açıqlanıb
Telefon satışları artıb: Yeni bazar liderləri açıqlanıb



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




