AZ

Tvitter ödənişli abunəlik sisteminə başlayacaq

 

ba722c0f45354275a7b1ad12424d29a0.jpg
13.07.2020 10:02

Tvitter ödənişli abunəlik üçün ilk addımını atıb.

 

TED.az xəbər verir ki, buna səbəb şirkətin 10 milyon aktiv istifadəçisi sayına baxmayaraq, gəlirlərindən məmnun olmamasıdır. 

 

Məlumata görə, Tvitter bu yeniliyi Gryphon adlı layihə çərçivəsində edəcək. Şirkət ödənişli abunəçilər funksiyasını icra etmək üçün yeni əməkdaşların qəbuluna başlayıb. Layihə çərçivəsində iş elanlarına da yer veriləcək. 

 

Xatırladaq ki, Tvitter eyni yeniliyi 2017-ci ildə də etməyi düşünərək abunəlik sistemini test edib. Bu zaman 99 dollar qarşılığında ödənişli abunəçilərin paylaşımlarını onu izləməyənlər də görə biləcəkdi. Ancaq sonradan açıqlanmayan səbəblərə görə layihə ləğv edildi.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox