Çimərliklərə ASAN könüllüləri nəzarət edəcəklər
“Çimərliklərdə ASAN könüllülər fəaliyyət göstərəcəklər. Mindən çox könüllü bu işə cəlb olunub”.
TED.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri Ülvi Mehdiyev deyib.
O bildirib ki, Sumqayıt və Bakıda ümumilikdə 100-dən çox çimərlik barədə məlumatlar portala daxil edilib: “Brada hər birinin yeri, ünvanı, real vaxt rejimi qeyd olunub. Çimərliklər səhər 8-dən axşam 9-dək açıq olacaq.
Çimərliklərdə ASAN könüllülər fəaliyyət göstərəcəklər. Mindən çox könüllü bu işə cəlb olunub. Onlar çimərlikdə karantin qaydalarına riayət olunmasına, giriş-çıxışa nəzarət edəcək, həmçinin real vaxt rejimində portala məlumat daxil edəcəklər. Vətəndaşlardan xahiş olunur ki, çimərlikdə virusun yayılmasına səbəb olacaq hal aşkar etdikdə bu barədə könüllülərə məlumat versinlər. Onlar vasitəsilə aidiyyəti qurumlar məlumatlandırılacaq və bu risklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək”.
Lamiyə SÜLEYMANLI