AZ

Yeni təyyarə hazırlanır: Səsdən 3 dəfə daha sürətli

 

a1da73c3f0a5b5c6519c89b24b8d10de.jpg
04.08.2020 15:49

Milyarder Riçard Bensona məxsus “Virgin Galactic” şirkəti mülki ultra-səsli təyyarə üzərində işləyir.

 

TED.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yerləşdirilib.

 

Məlumata görə, şirkət iyulun 4-də ultra-səsli kommersiya təyyarəsinin layihələndirilməsinin birinci mərhələsinə başlayıb.  

 

Bildirilib ki, “Virgin Galactic” layihə ilə bağlı Rolls-Royce şirkəti ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb.

 

Layihə texniki həllərin ekoloji təhlükəsizliyinə əsaslanacaq. Yeni təyyarənin deltaşəkilli qanadla təchiz olunacağı, 19 sərnişin yerləşdirə biləcəyi güman edilir. 

 

Proqnozlara görə, innovativ təyyarə səsin sürətinindən üç dəfə çox sürətlə 18 300 metr yüksəklikdə uça biləcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox