SOCAR-ın bu işçiləri intensiv təlimə cəlb edildilər
Bu gün SOCAR üzrə boşdayanma zamanı intensiv təlimlərə cəlb olunacaq işçilərin təlim ehtiyaclarını müəyyən etmək üçün qiymətləndirilmə prosesinə start verildi. Qiymətləndirmə test imtahanları vasitəsi ilə SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində həyata keçirilir. Test imtahanlarının ilk günündə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin və Kompleks Qazma İşləri Trestinin 179 əməkdaşı iştirak edib.
Qlobal iqtisadi böhran fonunda neft hasilatının məhdudlaşdırılması nəticəsində minlərlə neft sənayesi işçiləri də dünya üzrə boşdayanmaya məruz qalmaqdadır.
SOCAR-dan TED.az-a bildirilib ki, qlobal bazarlarda işçilər əsasən kütləvi ixtisarlara məruz qalsa da, SOCAR vəziyyətdən çıxış yolunu kütləvi ixtisarlarda deyil, işçilərini təlimlər vasitəsi ilə daha da inkişaf etdirməkdə və hazırkı tələbata uyğun olaraq, müvafiq fərqli faəliyyət sahələrinə yönləndirməkdə görür.
SOCAR-ın informasiya texnologiyaları, insan resursları və rejim üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib: “Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini rəhbər tutub, ölkə qarşısında sosial məsuliyyətimizi dərk edərək biz, hətta dünyada hökm sürən böhran şəraitində də kütləvi ixtisarlara yol vermirik, əksinə, işçilərimizi inkişaf etdirmək yolunu seçirik. Əsas qayəmiz yeni rəqəmsal dövrün tələbatına uyğun olaraq, işçilərimizin səriştə və bacarıqlarını yenidən formalaşdırmaq, mövcud olan işçilərimizi lazım olan fəaliyyət sahələrinə yönləndirmək, insanlarımızı qorumaq və şirkətin əməliyyat dayanıqlığını təmin etməkdir.”
Test imtahanları pandemiya ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun olaraq, şəxsi qoruyucu vasitələrlə, sosial məsafə və təmizlik-dezinfeksiyaya riayət etməklə təşkil olunur. Test imtahanlarında iştirak edən işçilərin yekun qiyməti imtahan nəticələri ilə yanaşı, təhsil, təcübə və s. kimi digər meyarlar əsasında formalaşır. Test nəticələri qulluqçu kateqoriyalı işçilərin ümumi qiymətləndirmə balının 50%-ni, ixtisaslı fəhlə kateqoriyasında çalışan işçilərin isə 60%-ni təşkil edəcəkdir.
Növbəti mərhələlərdə qiymətləndirmə nəticələrinə uyğun olaraq işçilərin yerləşdirilməsi və müxtəlif təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Qiymətləndirmə nəticələrinin formalaşdırdığı reytinq əsasında işçinin həm öz müəssisə və ya təşkilatında, həm də SOCAR-ın digər müəssisələrində mövcud olan və işçinin kvalifikasiya göstəricilərinə uyğun olan vakant vəzifələrdə yerləşdirilməsi planlaşdırılır. Qiymətləndirmə nəticələrindən asılı olaraq, işçilər xüsusi və ya ümumi təlimlərə cəlb ediləcək, habelə işçilərin ikinci peşəyə yiyələnməsi üçün də şərait yaradılacaqdır.
TED + bölməsindən digər xəbərlər
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Xiaomi 18 Pro Max Ekranı və Kamera Təfərrüatları Açıqlandı
iPhone 18 Pro-da Dinamik Ada Kiçilməyə Bilər
WhatsApp Uşaqlar üçün Təhlükəsiz Hesablar Təqdim Edir
Xbox Rejimi Bütün Windows 11 kompüterlərinə Gəlir!
Növbəti Nəsil Xbox Alpha Versiyası 2027-ci ildə Hazır Olacaq
iOS 26.4 Beta 4-də Bütün Yeni Xüsusiyyətlər
iPhone Fold-u Unut: iPhone Ultra Gəlir!
Intel Core Series 2 Prosessorları Təqdim Edildi
Galaxy M17e iPhone 17e ilə rəqabət aparacaqmı?
iPhone Hacking Aləti Rus və Çin hakerlərinin əlinə keçdi!
Rodecaster Video Core ilə Canlı Yayımı Sadələşdirin!
DJI Osmo Pocket 4-ün Xüsusiyyətləri Necə Olacaq?
Nvidia-nın OpenClaw Rəqibi Gəlir!
HUAWEI WATCH Ultimate 2 Yaşıl Versiyası Artıq Türkiyədə Satılır
Apple Siri 2.0 nə vaxt gələcək? Nə təklif edəcək?
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
MacBook Neo 2 iPad kimi olacaq!
OnePlus 15T-nin İlk Rəsmi Şəkli Açıqlandı!
Çip Böhranı Qayıda Bilər!
Google Mesajlarında Təsadüfi Mesajlar Artıq Yoxdur!
Huawei Pura 90 Təqdim Edildi
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır
Huawei, HarmonyOS 7-ni atlaya bilər!
Həftənin ən çox oxunanları
Məşhur Xiaomi Modeli üçün Yolun Sonu!
Xbox-da Böhran: Eksklüziv Oyunlar Geri Dönürmü?
Nintendo Tramp Administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı!
MacBook Neo 2 iPad kimi olacaq!
Oppo Find N6 Hamar Ekranla Təqdim Edildi
Oppo Üç Yeni Model Üçün ColorOS 16 Yeniləməsini Elan Edir!
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
EA Sports Oyuna Əsl Futbolu Dərhal Gətirir!
Apple Siri 2.0 nə vaxt gələcək? Nə təklif edəcək?
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

