Kapital bankdan yeni fürsət - BirKart Umico
Kapital Bank “Competo” şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni ko-brend “BirKart Umico” kartını təqdim edib.
TED.az xəbər verir ki, adi keşbek kartlarından fərqli olaraq bu kart sahibinə ikiqat üstünlüklər və ikiqat keşbek qazandırır.
“BirKart Umico” vasitəsi ilə müştərilər həm BirKart-ın nağdsız ödənişlərdən verdiyi, həm də “Umico” proqramının daxili partnyor şəbəkəsində aparılan alış-veriş əməliyyatlarından verdiyi keşbek məbləğini qazanırlar. Qazanılan keşbeklər müştərinin “Umico” hesabında toplanılır. Yeni BirKart Umico debet, eləcə də taksit kartı kimi istifadə oluna bilər, yəni müştərilər yeni kart vasitəsilə BirKart-ın taksit imkanlarından da yararlana bilərlər. BirKart Umico debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur.
Həmçinin 1 milyondan artıq yüklənən və ölkənin ən məşhur tətbiqi olan BirBank-da istifadəçilər üçün xüsusi bölmə yaradılıb ki, bu bölmə vasitəsilə müştərilər Umico-da olan bonuslarını izləyə bilərlər.
Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə (www.facebook.com/birkart.az) müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD













