AZ

2026-cı ildə 6G-nin tətbiqinə başlanacaq

 

1e04e2d64941075fe98966283e5fc8a0.jpg
07.08.2020 17:55

2026-cı ildə 6G şəbəkəsinin tətbiqinə  başlanacaq.
 

TED.az xəbər verir ki, Cənubi Koreya hökuməti 6G şəbəkəsinin 2026-cı ildə işə salınması üçün pilot layihə həyata keçirməyi planlaşdırır. 

 

Ölkənin strateji planına əsasən, 5G-dən 50 dəfə  sürətli olan altıncı nəsil mobil şəbəkə 2028-ci ildən 2030-cu ilə qədər kommersiyalaşdırılacaq. Mütəxəssislərin fikrincə, 6G səhiyyə, pilotsuz nəqliyyat vasitələri və ağıllı şəhər kimi müxtəlif sahələrdə geniş tətbiq edilməlidir.

 

Xatırladaq ki, Cənubi Koreyanın Baş naziri Çunq se-Kyun elmi-texniki görüşdə hökumətin yeni nəsil telekommunikasiya sahəsində tədqiqat və inkişaf strategiyasını açıqlayıb. Strategiya standart və qiymətli patentlərin alınması ilə yanaşı, gələcək texnologiyalarının qabaqlayıcı inkişafını da  nəzərdə tutur. Cənubi Koreya bunun üçün 169 milyon dollarlıq sərmayə yatırmağı planlaşdırır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox