Baş Nazir karantin rejimi ilə bağlı videomüşavirə keçirdi
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələləri müzakirə edib.
TED.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyev, Baş Prokuror Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Səhiyyə naziri Oqtay Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı, və 68 şəhər və rayonun icra hakimiyyəti başçıları, şəhər və rayon prokurorları, daxili işlər və DTX şöbələrinin rəisləri, sanitar–epidemiologiya mərkəzlərinin, rayon mərkəzi xəstəxanaları və səhiyyə şöbələrinin rəhbərləri iştirak ediblər.
Baş Nazir qeyd edib ki, Prezident İlham Əliyev avqustun 06-da keçirdiyi video müşavirədə hökumət və müxtəlif dövlət orqanları qarşısında nəzarətin gücləndirilməsi haqda ciddi tapşırıq verib.
Əli Əsədov bildirib ki, Operativ Qərargah infeksiyaya yoluxmaların sayının azalmasını və iqtisadi fəallığın artırılması zərurətini nəzərə alaraq avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrində yumşalmaları elan edib. Tapşırıq ondan ibarətdir ki, sanitar qaydalara ciddi əməl olunmalı, nəzarət funksiyasını həyata keçirəcək orqanlar müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir.
Baş Nazir vurğulayıb ki, iqtisadi aktivlik ilə sanitar qaydalara əməl olunmasını sinxronlaşdırmaq lazımdır. Yenidən geriyə qayıtmamağımız üçün bu ən mühüm məsələdir.
Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək.
Xüsusi qeyd olunub ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir.
Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək.
Müşavirədə son bir ay ərzində bütün ölkə üzrə karantin qaydalarına əməl olunmasına nəzarətin vəziyyəti müzakirə olundu, nöqsanlar qeyd edildi, onların aradan qaldırılması haqda təkliflər səsləndirildi. Karantin qaydalarına riayət edilməsi üzərində nəzarətin texniki, inzibati və maarifləndirmə aspektləri müzakirə olundu.
KORONAVİRUS bölməsindən digər xəbərlər
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Tesla Kaliforniyada Satış Qadağası ilə Üzləşə Bilər!
Google Yeni Süni İntellekt Agenti CC-ni Elan Edir!
OLED Displeyli iPad Mini Tezliklə Gələcək
Kompakt Nəhəng Təqdim Edildi: ASUS Prime AP303
Apple-ın Xüsusi iPhone Modeli Gəlir
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Galaxy Watch 4 əsas yeniləməni aldı!
Porsche Cayenne Electric-in "Sürücü Təcrübəsi" Kokpiti!
Şok DDR5 RAM fırıldağı!
iPhone 17e çatışmayan xüsusiyyətləri tamamlayır
Yeni Nissan Leaf istehsala başlayır!
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
İnstaqram hekayələrini anonim şəkildə necə izləmək olar?
Microsoft əl konsollarının performansını artırır!
Google Gemini 3 Flash təqdim edildi!
Tesla böyük bir şokla üzləşə bilər!
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Həftənin ən çox oxunanları
Honor Win Daxili Soyutma Ventilyatoru ilə Sızdırıldı!
Sevil Art brendi 5 illik fəaliyyətini xüsusi tədbirlə qeyd edib
iOS 26.2 maraqlı bir problemlə gündəmə gəlir
Google-a "67" yazanda ekran niyə titrəyir?
Hyundai Elexio, Böyük Ekranı və Uzaq Mənzilli Fərqli Bazarlara!
10-cu lüks avtomobil uduldu – növbəti qalib sən ol!
ADPU-da “Youth Spark” proqramının ilk görüşü uğurla baş tutdu!
Vivo 200MP X300 Ultra və Fəaliyyət Kamerasını Təqdim Edir!
Elon Musk Samsung şirkətinin zavodunda ofis açır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

