AZ

TikTok-dan ən çox pul qazananlar açıqlandı

43c03204821c5f145a3163125ee8d8d9.jpg
12.08.2020 22:40

Amerikanın Forbes jurnalı TikTok sosial şəbəkəsindən ən çox qazanan şəxslərin siyahısını hazırlayıb.


TED.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda 1-ci yeri ABŞ-ın Luiziana ştatından olan 19 yaşlı rəqqasə Edison Rey İsterlinq tutub. 


O, 1 il ərzində 54 milyon izləyici toplayıb və bununla 5 milyon dollardan çox qazanc əldə edib.


E.Rey TikTok sayəsində American Eagle geyim istehsalçısı və Spotify internet xidməti ilə müqavilələr bağlayıb.


İkinci və üçüncü yerlərdə isə Los-Ancelesdən olan Çarli (4 milyon dollar) və Diksi D Amelio (2,9 milyon dollar) bacıları qərarlaşıblar.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox