iOS əməliyyat sistemi kiberhücumlara daha davamlıdır - Ekspert
"Sırf ekosistemi bağlı olduğu üçün IOS əməliyyat sistemi kiber hücumlara daha davamlıdır".
Bu sözləri TED.az-a açıqlamasında İT ekspert Fərid Kərimov deyib.
O, hansı əməliyyat sisteminin kiber hücumlara dözümlü olması barədə danışarkən bildirib ki, Android-in bir sıra üstünlükləri məlumdur: "Şəxsən mən Android istifadəçisiyəm. Çünki Android-də sistem açıqdır. iOS əməliyyat sistemi bağlı ekosistem üzərində qurulub. Buraya yalnız Apple-ə məxsus noutbuk, telefon və planşetlər daxildir. Amma Android daha geniş platformadır və bu onun ən böyük üstünlüyüdür. Əksər insanlar deyir, "Androidin üstünlükləri çoxdur, amma biz iOS-dan istifadəni seçirik. Çünki Apple öz brendini premium brend kimi təqdim edir. Azərbaycandakı iOS istifadəçiləri də premium məhsuldan istifadə etdiklərini düşünürlər. Fikrimcə, Azərbaycanda iOS-dan istifadə bunun üzərində qurulub. Bütün bunlarla yanaşı, iOS üzərindən musiqi dinləmək problematikdir. Yalnız xüsusi məhsullar vasitəsilə qulaq asmaq mümkündür. Amma Androiddə bunun üçün daha geniş imkanlar var. Android müxtəlif həllərə daha açıq və cəlddir".
Ekspert vurğulayıb ki, şərtləri çox olduğuna görə, IOS-a tətbiq yerləşdirmək daha çox vaxt tələb edir: "Androiddə isə bu çox asandır. Kiber hücumlarla məşğul olan insanlar Android sistemə daha asanlıqla müdaxilə edə bilirlər. Sırf ekosistemi bağlı olduğu üçün iOS əməliyyat sistemi kiber hücumlara daha davamlıdır".
Lamiyə SÜLEYMANLI
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












