AZ

Huawei-ə görə bir neçə şirkət ABŞ-ın qara siyahısına düşdü

24c606f3330300e907c493c4eabcebf0.jpg
18.08.2020 11:25

Amerika Birləşmiş Ştatları Huawei-in ABŞ texnologiyasına əlçatanlığını minimuma endirmək üçün qadağaların sayını artırıb.

 

TED.az xəbər verir ki, yeni qadağalarla Huawei-in tabeliyindəki 38 kiçik şirkət də qara siyahıya salınıb. Həmin şirkətlərin 21 ölkədə fəaliyyət göstərdiyi bildirilib. Bu qadağalarla Huawei-in ABŞ texnologiyasından yararlanmaqla inkişafının qarşısının alınacağı qeyd olunub. 

 

ABŞ xarici işlər naziri Mike Pompeo isə Huawei-i Çin Kommunist Partiyasının bir qolu kimi gördüklərini, bunu diqqətdə saxlayaraq hərəkət etdiklərini söyləyib. Qeyd edib ki, ABŞ beynəlxalq təhlükəsizliyini təmin etmək üçün şirkətə məhdudiyyətlər qoymaqda davam edəcək.

Dünya bölməsindən digər xəbərlər

Daha çox