Wi-fi şifrənizi kimsənin "qırmaması" üçün bunları mütləq edin
İnternetsiz özümüzü dünyadan təcrid olunmuş və əlaqələri kəsilmiş hiss edirik. Bu əlaqələrin yüksək səviyyədə qurulmasında isə router cihazları mühüm rol oynayır.
Maraqlıdır, texnoloji cihazları, həmçinin mobil telefonları fasiləsiz və sürətli internetlə təmin edən router-i ətrafdakıların "hücumundan" qorumaq, Wi-Fi parolun qırılmasının qarşısını almaq üçün hansı təhlükəsizlik tədbirlərinə əməl etməliyik?
Mövzu ilə bağlı TED.az-a danışan telekommunikasiya üzrə mühəndis Kamil Məmmədov bildirib ki, bütün dünyanın rəqəmsallaşdığı dövrdə bu, aktual problemdir: "İnternetin çox istifadə olunduğu zamanda istifadəçinin öz resursu, el dilində desək, "meqabaytı" tükənəndə digər variantlara əl atmaq məcburiyyətində qalır. Yaxınlıqdakı Wi-Fi cihazlarını "sındırıb" internetə daxil olur. Əslində bu, o qədər də dərin problem deyil, internetlə təmin olunarkən router avadanlığını sazlayan şəxsin bacarıqlarından irəli gəlir".
Ekspert qeyd edib ki, çox bəsit şifrələr qoyulduqda bu problemə daha sıx rast gəlinir: "Bəzən ev telefonunun nömrəsini Wi-Fi şifrəsi kimi təyin edirlər. Bu da onun çox asanlıqla aşkar olunmasına, başqa birinin Wi-Fi-dan yararlanmasına səbəb olur.
"Third party" adlandırılan üçüncü növ proqramlar var. Onlar vasitəsilə təhlükəsizliyi aşağı səviyyədə olan Wi-Fi-ı rahatlıqla "qırmaq" mümkündür".
Onun sözlərinə görə, bu problemdən qorunmağın iki yolu var: "Əvvəla, Wi-Fi adını gizli tutmaq lazımdır. Yəni, Wi-Fi axtarışa verildikdə heç bir ad çıxmamalıdır. Bu zaman qurğuya yalnız manual, yəni əllə müdaxilə etməklə internetə qoşulmaq mümkündür. İkincisi, hər qurğunun şəbəkəyə qoşulmaq üçün olan hissəsində şəbəkə avadanlıqlarının mak adresi olur. Mak adres onun fiziki ünvanıdır və heç vaxt dəyişmir. Bu ünvan həmin router cihazın içərisinə daxil edilir. Məsələn, mənim telefonumun mak adresi bu hərf və rəqəmlər toplusundan ibarətdir. Məhz bu hərf və rəqəmlər toplusu olan cihaz mənim routerimə qoşula bilər.
Digərləri üçün bu, mümkünsüzdür. Orada texniki dildə "white black list" adlandırılan siyahı yaradılır. Cihazınızın mak adresi "white black list"-də varsa, Wi-Fi-a parol qoymağa ehtiyac yoxdur. Onsuz da, Mak adres orada olmadan qoşulmaq mümkün olmayacaq".
İKT mütəxəssisi həmçinin vurğulayıb ki, routerin keyfiyyətli olması, düyaca məşhur brendə məxsusluğu daha məqdədəuyğundur: "Çünki o şirkətlərin təhlükəsizliyi digər aşağı səviyyədə olan router-lərlə müqayisədə daha yüksəkdir. Router-ə istifadəçi adı və şifrə qoyularkən standartlardan kənara çıxmaq lazımdır.
Standart şifrələrdən qaçmaq mütləqdir. Çalışmaq lazımdır ki, şifrə təyin edərkən boyük hərf, kiçik hərf, rəqəm kombinasiyasından istifadə olunsun. Proqramlar şifrəni müəyyən bir alqoritm sayəsində çözə bilirlər. Kombinasiyanı çox etmək lazımdır ki, proqram sona qədər gedib çata bilməsin. Yaxşı olar ki, ən azı 6 ədəddən çox böyük hərf, kiçik hərf və rəqəmlərdən istifadə edilsin".
Günel QURBANOVA
Texnologiya bölməsindən digər xəbərlər
iOS 26.4 Beta 4-də Bütün Yeni Xüsusiyyətlər
iPhone Fold-u Unut: iPhone Ultra Gəlir!
Intel Core Series 2 Prosessorları Təqdim Edildi
Galaxy M17e iPhone 17e ilə rəqabət aparacaqmı?
iPhone Hacking Aləti Rus və Çin hakerlərinin əlinə keçdi!
Rodecaster Video Core ilə Canlı Yayımı Sadələşdirin!
DJI Osmo Pocket 4-ün Xüsusiyyətləri Necə Olacaq?
Nvidia-nın OpenClaw Rəqibi Gəlir!
HUAWEI WATCH Ultimate 2 Yaşıl Versiyası Artıq Türkiyədə Satılır
Apple Siri 2.0 nə vaxt gələcək? Nə təklif edəcək?
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
MacBook Neo 2 iPad kimi olacaq!
OnePlus 15T-nin İlk Rəsmi Şəkli Açıqlandı!
Çip Böhranı Qayıda Bilər!
Google Mesajlarında Təsadüfi Mesajlar Artıq Yoxdur!
Huawei Pura 90 Təqdim Edildi
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır
Huawei, HarmonyOS 7-ni atlaya bilər!
iPhone 18 Pro Seriyası ilə Gələcək İnnovasiyalar
Oppo Find N6 Hamar Ekranla Təqdim Edildi
Oppo Üç Yeni Model Üçün ColorOS 16 Yeniləməsini Elan Edir!
OpenAI-da Kritik İstefa!
EA Daha Bir Oyunu Bağlayır
Apple M5 Pro Performans Testlərində Sərhədləri Artırır
Nintendo Tramp Administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı!
Apple niyə Mac qiymətlərini artırdı?
Oppo Find N6 Narıncı rəngdə sızdırıldı!
Galaxy S26 Ultra Sökülür: Təmiri Nə Qədər Asandır?
Həftənin ən çox oxunanları
TECNO Modul Telefonunu Təqdim Edir
HONOR və ARRI Birləşir! Kameralar İrəliyə Sıçrayış Edir!
iOS 26.3.1 Buraxıldı! Yeniliklər Budur!
Oppo Find X9 Ultra-nın Kamerası Artıq Sensasiyaya Səbəb Olur!
ChatGPT üçün Növbəti Hədəf: NATO!
Nintendo Switch Online-da Üç Əfsanəvi Klassik Gəlir!
Speedtest və DownDetector Satışda! Böyük Təklif!
DJI Osmo Pocket 4-ün Yeni Xüsusiyyətləri Sızdırıldı
Huawei 5G ilə Agent İnternet Dövrünün Başlanğıcını Elan Edir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



