WhatsApp dələduzluğunun sxemi açıqlandı — “Xoşbəxtlik gətirmə” mesajlarındakı linklər və ya fayllar...
“Təbrik edirik! Sizin nömrəniz 100 nömrədən biri seçilib”, “Yalnız sizə özəl kampaniya”, “Bu mesajı 10 nəfərə göndər”, — söhbətin nədən getdiyini çox fikirləşmədən anlamaq olar. Bəzən təcrübəli istifadəçini belə “bəlkə də bəxtim gətirdi” deyərək düşündürən bu WhatsApp ismarıcları sizə hansı yollarla çatır? İlk baxışdan zərərsiz görünən sözlərin arxasında nələr dayanıb?
Bu barədə TED.az-a danışan kibertəhlükəsizlik üzrə ekspert Fərid Zeynalov bildirib ki, WhatsApp əslində, Email və digər yollarla həyata keçirilən dələduzluqlardan heç nə ilə fərqlənmir: “Whatsapp yalnız vasitədir. Bu dələduzluq növü fişinq adlanır. Fişinq reallaşdıqda kritik məlumatlar əldə olunur ya da müəyyən linklərin və faylların göndərilməsi ilə avadanlığa proqram təminatı quraşdırılır və müxtəlif məqsədlər üçün istifadə olunur. İnstənilən kommunikasiya vasitələrində eyni prinsiplər yer alır”.
Ekspertin sözlərinə görə, həmin ismarıclar istifadəçi qrupundan asılı olaraq göndərilir, nömrələrdən ibarət xüsusi baza yığılır: “Fişinqin müxtəlif növləri var. O, konkret auditoriyaya yönələ bilər, məsələn, pensionerlər, mühasiblər, yaxud yüksək vəzifəli şəxslər və ya ümumi istifadəçilərin maraq dairəsinə uyğun material təyin olunur. Bunun üçün istənilən yerdən nömrə bazası əldə oluna, ya da random şəkildə nömrələrdən istifadə oluna bilər”.
“İşin asan tərəfi ondadır ki, bu hallarda insanlar kontaktında olan nömrələrə həmin göndərişləri yollayırlar. Bununla da dələduzlara özləri bilmədən köməklik edirlər. Miqyaslar həndəsi silsilə ilə böyüyür. Tora düşməmək üçün diqqətli olmaq lazımdır. Reklam xarakterli və ya digər “xoşbəxtlik gətirmə” mesajlarındaki linkləri və ya faylları yükləməmək və heç kəsə yönləndirməməyi tövsiyə edirəm”, — deyə mütəxəssis vurğulayıb.
Fatimə ZÜLFİQAR
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












