Afrikalıların ən sevimli telefonu hansıdır? IDC AÇIQLADI
IDC analitikləri Afrikada ən çox hansı smartfonların satıldığını müəyyənləşdiriblər. Mütəxəssislər bildiriblər ki, bölgədəki ikinci rüb üzrə mobil cihaz satışları təxminən birinci rüb ilə eyni qalıb, 0.1% artım olub. Lakin rüblük telefon satışlarının, illik satışlara nisbətdə 10.6% azalması, bütövlükdə bazar satışının 6.0% azalmasına səbəb olub.
TED.az xəbər verir ki, analitiklərin fikrincə, pandemiyaya görə ciddi məhdudiyyətlərin tətbiq olunduğu Cənubi Afrikada mobil satışları 16.8%, məhdudiyyətlərin daha yumşaq olduğu və müəssisələrin işləməyə davam etdiyi Misirdə isə 2.2% artım qeydə alınıb.
İstehsalçılar arasında bazar paylanması baxımından ən böyük pay Tecno, Itel və Infinix markaları altında cihazları təmin edən Çin Transsion şirkətinə aiddir. Satılmış vahidlərin sayını hesablasaq onun payı 45,2%-ə bərabərdir. Samsung-un payı 19,0%, Huawei-in payı isə 8,8% təşkil edir. Pul baxımından mənzərə dəyişir: Transsion satışların 30,1%, Samsung-27.8% təşkil edir. Rübdə smartfonların orta satış qiyməti 9,8% azalıb. Təhlilçilər bunu pandemiya və qiymətlərin aşağı düşməsinə görə bazar şəraitinin pisləşməsi ilə əlaqələndirirlər.
Afrika bazarında ən populyar mobil cihazlar 80 dollardan aşağı olan smartfonlardır. İkinci rüb ərzində bu kimi smartfonların bazar payı 18,2% artıb.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












