Redmi Note 8 səkkizinci mərtəbədən düşdü və...
Çinin texnologiya nəhənglərindən Xiaomi-nin ötən ilin avqustunda satışa çıxardığı Redmi Note 8 smartfonu istər göstəriciləri, istər qiyməti ilə telefon həvəskarlarının sevimli modellərindən birinə çevrilib.
TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alıcıların bu cihazı sevmələri üçün daha bir səbəb yaranıb.
Çinin Weibo sosial şəbəkəsinin istifadəçilərindən biri Redmi Note 8 telefonunu səhvən 8-ci mərtəbədən aşağı saldığını paylaşıb. Maraqlı burasıdır ki, telefon təxminən 25-30 metr yüksəklikdən yerə düşsə də, xarab olmayıb. Korpusu və ekran örtüyündə ciddi xəsər yaransa da, cihazın işində hansısa problem yoxdur.
Qeyd edək ki, 2020-ci ilin may ayındakı rəqəmlərə görə, sözügedən model 30 milyondan çox satışla rekord qırıb.
Nəzərə çatdıraq ki, Redmi Note 8 6,39 düymlük Full HD + (2340 × 1080 piksel) 19.5:9 LCD ekran, 2,5 D qövsvari şüşə, Corning Gorilla Glass 5 ekran qoruyucusuna sahibdir. Cihaz səkkiz nüvəli Snapdragon 665 prosessorundan güc alır. Operativ yaddaşı 4/6GB, daxili yaddaşı isə 64/128 GB-dır. MicroSD vasitəsilə bu göstərici 256GB-a qədər artırıla bilir.
İki nömrəli smartfon Android 10 əməliyyat sisteminə malikdir. Əsas kamerası dördlük sistem əsasında qurulub. 48 Mp-lik keyfiyyətə malikdir. Qabaq kameranın göstəricisi isə 13 Mp-dir.
Barmaq izi tenologiyasını da ehtiva edən telefonun ağırlığı 198 qram, batareyasının həcmi 4.000 mAs-dır.
Texnologiya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















