Amazon koronavirusla bağlı vəziyyətdən sui-istifadədə təqsirləndirilir
Onlayn müşahidəçilər qrupu Amazon şirkətini COVID-19 pandemiyası dövründə birbaşa istehlakçılara satılan ilkin tələbat malları, o cümlədən maska və tualet kağızı üzərinə qoyulan qiymətlərin artırılmasında təqsirləndirir. Şirkətin nümayəndələri isə öz növbəsində, məhsulların satışı üçün platformadan istifadə edən müstəqil satıcıları eyni əməldə günahlandırırlar.
TED.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət undan tutmuş əl üçün dezinfeksiyaedici vasitələr və üz üçün maskayadək 10 əsas məhsulun qiymətini tam 1010 faiz artırıb. Qiymət artımı cari ilin fevralından avqustun ortalarınadək baş verib.
Public Citizen təşkilatı tərəfindən nəzərdən keçirilən bütün məhsulların üzərində müstəqil istehlakçılar tərəfindən deyil, “Amazon tərəfindən satılıb” sözləri qeyd edilib.
Təşkilatın müşahidəsinə görə, nəticələr Amazon-un “pandemiyanın qızğın çağında, istehlakçıların kütləvi şəkildə ərzaq məhsulları və ilkin tələbat malları aldığı bir vaxtda daxili tədarükçülər onun saytında qiymətlərin artımında məsuliyyət daşıyırlar” kimi iddiası ilə ziddiyyət təşkil edir.
Hesabata görə, koronavirusun yayılmasına nəzarət üçün vacib hesab edilən 50 birdəfəlik maskadan ibarət qablaşdırmanın qiyməti 1000 faiz qaldırılıb. Bu qablaşdırmalar yaz aylarında 40 dollara satışa çıxarılmışdı, halbuki pandemiya başlananadək onun dəyəri cəmi 4 dollar idi. Həmçinin tualet kağızının da qiyməti 528 faiz artırılıb. Pandemiyadan əvvəl 7 dollar dəyəri olan bu məhsul 37 dollara satılıb. Sentyabrda ilkin tələbat mallarının dəyəri aşağı düşməyə başlayıb.
Dünya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












