AZ

Server bazarı il ərzində 19,8% böyüyüb 

b71e5c1d733cf4699d5cdabf81bcb0bc.jpg
15.09.2020 16:59

Üçüncü rübün sonu yaxınlaşsa da, IDC analitik şirkətinin mütəxəssisləri server bazarında bu ilin ikinci rübünün nəticələrini yenicə yekunlaşdırıblar. Onların hesablamalarına görə, bazar illik göstəriciyə nisbətdə 19,8%, yəni 20,068 milyard dollardan 24,037 milyard dollara qədər böyüyüb.

 

TED.az şirkətə istinadən xəbər verir ki, kəmiyyət baxımından il ərzində server tədarükləri 18.4% artıb.

 

Ümumilikdə, ilk rübdə 3.2 milyon sistem tədarük edilib. Təchizatçıların reytinqində birinci yerə IDC mütəxəssisləri bazarın müvafiq olaraq 14,9% və 13,9%-ə sahib olan HPE / New H3C Group və Dell Technologies-i məyyənləşdiriblər. 

 

Analitiklər izah edirlər ki, bunlar arasında fərq 1% və ya daha azdır. Buna görə də, daha qəti nəticələr əldə etmək olmur. Daha sonra sırada 10,5% ilə Inspur/Inspur Power Systems, eyni yeri bölüşən Lenovo və IBM gəlir. Onların payları da sırasıyla 6,1% və% 6,0-dir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox