AZ

ÜST bu koronavirus peyvəndlərini təsdiqləməyəcək

d4a3353cb61a992a134f4c5e004ed89c.jpg
15.09.2020 19:45

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tam təhlükəsiz və effektiv olmayan heç bir koronavirus peyvəndini təsdiq etməyəcək.

 

TED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ÜST-ün rəsmisi Marqaret Harris brifinqdə bildirib.

 

“Hazırda istifadə olunan vaksinlərin heç biri sınaqların üçüncü mərhələsini başa vurmayıb. Bütün tərəfdaşlarımız fəaliyyətləri barədə bizə hesabat verirlər. ÜST peyvəndlər və nəticələr barədə dəqiq məlumatlar almaq istəyir. Təşkilatın baş direktorunun dediyi kimi, tamamilə təhlükəsiz olmayan və səmərəli olduğu sübuta yetirilməmiş heç bir vaksini təsdiqləməyəcəyik”, - o deyib.

 

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox