Volkswagen-in çoxdan gözlənilən yeni elektrikli SUV, ID.4 modeli təqdim olundu
Volkswagen-in çoxdan gözlənilən yeni elektrikli SUV, ID.4 modeli təqdim olundu.
TED.az xəbər verir ki, iki fərqli versiyada olan avtomobil sürət məsələsində geri qalsa da, rahatlıq və gediş məsafəsində fərq yaratmağı hədəfləyib.
Avtomobilin pro versiyası 77 kWh batareyaya və 150 at gücündə mühərrikə malikdir. Bir dəfəlik enerji yığımı ilə 520 km məsafə qət edə bilən avtomobilin 0-62 mil/saat sürəti 8,5 saniyə ərzində topladığı açıqlandı. Bu sürətlənmənin bugünkü avtomobillərdən daha yavaş olduğu düşünülsə də, 520 km-lik mənzil bu çatışmazlığı aradan qaldırır.
Avtomobilin Pure versiyası 52 kVt/saat batareya və 125 at gücündə mühərrikə malikdir. DC sürətli şarj cihazı ilə 30 dəqiqədə 200 mil məsafə qət edə bilən avtomobilin 11 Kw-a qədər AC şarjı dəstəklədiyi deyilir.
Volkswagen İD.4 Avropa başda olmaqla Çin və ABŞ-da satışa çıxarılacaq. Hazırda qiymət və satışa təqdim ediləcəyi tarix barədə heç bir açıqlama verilməyib.