AZ

"QARABAĞ AZƏRBAYCANDIR!" adlı esse yazı müsabiqəsinə start verilir

1feb0d67743131e16ccd5df97c19e884.jpg
22.10.2020 17:15

"QARABAĞ AZƏRBAYCANDIR!" adlı esse yazı müsabiqəsinin məqsədi gənclərdə vətənpərvərlik ruhunun aşılanması, möhkəm milli yaddaşın formalaşması və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması istiqamətində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan rəşadətli ordumuzun uğurlarına həsr edilib. 


TED.az xəbər verir ki, müsabiqədə 18-25 yaş arası gənclər iştirak edə bilərlər. 


İştirak etmək istəyənlər bu istiqamətdə yazıları (Arial,14 şrift,1,5 intervalla 6-8 səfifə həcmində; Azərbaycan və ingilis dillərində) noyabrın 2-dək aşağıdakı e-mailə göndərə bilərlər

 

Sonda müsabiqəyə yazı təqdim edən layihə iştirakçıları müvafiq sertifikatlarla təltif ediləcəklər.

 

Xüsusilə, ilk 3 yerin qalibi ekspertlər tərəfindən müəyyənləşdiriləcək və xususi hədiyyələrlə mükafatlandırılacaqlar.

 

Esse yazı müsabiqəsində iştirak etmək üçün

 

e-mail: info@imzainfo.az

TED + bölməsindən digər xəbərlər

Daha çox