Qarabağda 2 dəfə tank əleyhinə minaya düşsə də, şəxsi heyəti qoruyan zirehli avtomobil – Marauder
Əks-hücum əməliyyatları başlanıldığı andan şanlı Ordumuzun uğurları, istifadə edilən ən müasir döyüş texnikası bütün dünyanın diqqət mərkəzindədir.
Bir çox hərbi ekspert öz şərhlərində "Marauder" və "Otokar Kobra" zirehli avtomobillərinin ən yaxşı performans göstərən zirehli avtomobillər olduğunu qeyd edirlər.
TED.az həmin avtomobillər barədə maraqlı məlumatları təqdim edir.
Marauder Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə müştərək istehsal etdiyi zirehli transportyordu. Bu maşın ilk dəfə 2007-ci ildə Əbu-Dabi şəhərində keçirilən İDEX hərbi-sənaye sərgisində təqdim olunub. STANAG 3a və 3b səviyyəli zireh dözümünə malik olan “Marauder” zirehli transportyoru 2011-ci ildə öz sinfindən dünyada ən möhkəm zirehli transpotyor elan olunub.
“Marauder” kütləvi qırğın silahından müdafiə sistemi, yardımçı güc qurğusu, əldəqayırma partlayıcı maddələrin siqnallarını pozmaq üçün xüsusi mühəndis qurğusu və müxtəlif silah növləri ilə təchiz olunub. ZTR-ə -32˚ və +55˚ C temperaturda şəxsi heyətin rahatlığını təmin etmək – döyüş fəaliyyətini davam etdirə bilməsi üçün xüsusi olaraq hazırlanmış iqlim-nəzarət Sistemi quraşdırılıb. Partlayış zamanı şəxsi heyəti qoruyan əlavə vasitələrdən biri də xüsusi formalı oturacaqlardır. “Marauder” zədələnmiş təkərlə 50 km-lik məsafədə öz hərəkətini davam etdirmək qabiliyyətinə malikdir. Bir neçə gün bundan öncə işğal altında olan Qubadlı rayonu istiqamətində “Marauder”lə hərəkət edən şəxsi heyyət ard-arda 2 dəfə tank əleyhinə minaya düşüb. Xoşbəxtlikdən və “Marauder”in texniki kefiyyətinə görə hərbçilərimiz yüngül xəsarətlə partlamadan xilas ola bilib, döyüş əməlliyatını uğurla davam etdiriblər.
Ağırlığı 15 ton, sürəti 120 km/saatdır. Azərbaycan Silahlı Qüvvələri “Marauder”i 2010-cu ildən etibarən öz silahlanmasına daxil edib.
Ordumuzun silahlanmasında yer alan “Marauder” zirehli transportyoru üzərindəki İsrailin Rafael şirkətinin istehsalı, “Samson” məsafədən idarə olunan döyüş modulu və ABŞ istehsalı olan 12.7 mm-lik “M2 Browning” ağır pulemyotu kimi döyüş modulu var.
Otokar Kobra Otokarın araşdırma və inkişaf etdirmə qrupu tərəfindən silahlıqüvvələrin zirehli təkərli vasitə ehtiyacı istiqamətində ən uyğun həlli təmin etmək üçün hazırlanıb.
Ağırlığı 6200 kq, sürəti 115 km/saatdır. Kobra çox güclü ballistik qorunmaya malikdir. Oxşar gövdə və infrastruktur üzərinə hazırlandığı üçün xidmətdə böyük asanlıq təmin edir. Fərqli istifadə məqsədləri üçün olan maşınlarda belə ana quruluşun eyni qalması baxım, təmir və ehtiyat hissədə də böyük qənaəti təmin edir. Bu səbəbdən Kobra bir çox ordunun seçim etdiyi zirehli nəqliyyat vasitəsidir.
Günel QURBANOVA
QARABAĞ bölməsindən digər xəbərlər
ChatGPT üçün Növbəti Hədəf: NATO!
HONOR və ARRI Birləşir! Kameralar İrəliyə Sıçrayış Edir!
Speedtest və DownDetector Satışda! Böyük Təklif!
Samsung Galaxy S26 Kamerası Süni İntellektlə İnqilab Edir
Studio Display XDR Köhnə Mac-ları Məyus Edir
Huawei 5G ilə Agent İnternet Dövrünün Başlanğıcını Elan Edir
TECNO Modul Telefonunu Təqdim Edir
DJI Osmo Pocket 4-ün Yeni Xüsusiyyətləri Sızdırıldı
Oppo Find X9 Ultra-nın Kamerası Artıq Sensasiyaya Səbəb Olur!
Nintendo Switch Online-da Üç Əfsanəvi Klassik Gəlir!
iOS 26.3.1 Buraxıldı! Yeniliklər Budur!
Android 16 Əsaslı HyperOS 3.1 Yeniləməsi Hazırdır
Galaxy S27 Ultra Kamera Texnologiyasında İnqilaba Hazırlaşır
Xiaomi 18
HONOR MWC 2026-nı süni intellekt və qeyri-adi telefonla canlandırır
Əlvida ChatGPT: Kloda Bir Kliklə Pulsuz Transfer!
Fərdi Alış-veriş Dövrü Meta Süni İntellektlə Başlayır!
HONOR-un Robot Telefonu və Yeni Texnologiyaları ilə Təcrübə Etdik
Xbox Game Pass Mart Oyunları Elan Edildi!
Samsung Çəkdikcə Uzanan Bir Ekran Təqdim Edir!
ChatGPT üçün Təbii Dil Yeniləməsi Buraxıldı!
Apple Pro Display XDR Tarixdir!
Dünyada İlk: Honor Robot Telefonu Təqdim Edildi
S Pen istehsalı dayandırılacaqmı?
Tramp Anthropic-i Qadağan Edir!
TECNO, MWC 2026-da Lamborghini Telefonunu Təqdim Edir
Xiaomi Vision Gran Turismo MWC 2026-da Damğa Qaldırır
Yaş təsdiqi olmadan kompüterdən istifadə etmək olmaz!
MKİ Apple-a həyəcan verici xəbərdarlıq edir!
Həftənin ən çox oxunanları
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Anker MWC 2026-da Yeni Məhsullarını Təqdim Edir
Apple iOS 26.4 və iPadOS 26.4 Beta 3-ü Buraxdı
Yaş təsdiqi olmadan kompüterdən istifadə etmək olmaz!
Dünyada İlk: Honor Robot Telefonu Təqdim Edildi
Xiaomi Vision Gran Turismo MWC 2026-da Damğa Qaldırır
Tramp Anthropic-i Qadağan Edir!
TECNO, MWC 2026-da Lamborghini Telefonunu Təqdim Edir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



