AZ

2021-ci ilin telefonlarına güc verəcək prosessor - SNAPDRAGON 888

1be7c92fdb3bd3f005f0b9d40c0bbf49.jpg
01.12.2020 23:53

2021-ci ildə təqdim olunacaq smartfonlara güc verəcək Snapdragon 888 prosessoru nümayiş etdirilib.


TED.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Qualcomm-un ən güclü mobil telefon prosessoru olan Snapdragon 888 sələfi Snapdragon 875-ə nisbətdə ciddi üstünlüklərlə gəlir. 


Prosessorla bağlı detalların hamısı dəqiqləşməsə də, alt modelinə nisbətən 35 faiz daha sürətli çalışır. 


Bundan başqa, cihaza 5G modem (Snapdragon X60 5G modem) inteqrasiya edilib. 


Qeyd edək ki, sözügedən modemin Snapdragon 875-ə quraşdırılması gözlənilirdi. Ancaq firma yer çatışmazlığı ucbatından bu addımı bir qədər ləngitmək qərarına gəldi. 


Snapdragon 888 12 Mp-lik keyfiyyətdə saniyədə 120 foto çəkilməsinə imkan verir. 


5G texnologiyasından başqa, Wi-Fi 6E və Bluetooth 5.2 dəstəyi olan Snapdragon 888 firmanın 6-cı nəsil süni intellekt mühərriki və yenidən dizayn edilən Hexagon əsasıyla performans və enerji qənaətində iddialıdır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox