AZ

2021-ci ildə bizi nələr gözləyir? Yaxın gələcəyin texnoloji trendləri

 

2598a0ce639991710694b1f54a5dabbc.png
26.12.2020 11:49

"Gartner" analitik şirkətinin proqnozlarına görə, İT işçilərinin 90%-dən çoxu 2023-cü ilin sonuna qədər məsafədən işləyəcək. Bu tendensiyaya həm COVID-19, həm də ümumilikdə İT infrastrukturundakı dəyişiklik, yəni buludlara doğru sürətli axın təsir edir. Analitiklər növbəti 12 ayda İT bazarda görəcəyimiz altı əsas tendensiya barədə də şərh veriblər. Bu tendensiya əsasən İT liderlərinə informasiya texnologiyaları sahəsinə daha düzgün fokuslanmağa köməklik edəcək. 

 

 

 

Tənqidi düşünmə bacarıqlarına üstünlük

 

Komandalar cari proses və tapşırıqları kritik şəkildə yenidən nəzərdən keçirirlər. 

 

Əsas perspektiv müxtəlif səriştələrə malik fərqli mütəxəssislərdən ibarət komandaların formalaşmasıdır. Ümumilikdə bu cür şöbələr mürəkkəb və gözlənilməz problemləri həll etmək üçün lazım olan çox sayda bacarıqlara sahibdirlər. Bunun sayəsində şirkət üçün risklər azalır və alınan qərarlar onun dayanıqlığını artırır. Yenidən düşünmək, büdcələri real iş ehtiyaclarına uyğunlaşdırmağa kömək edir. 

 

Gartner mütəxəssisləri yeni trendin işçiləri ov edərkən də taktikanı dəyişdirəcəyinə inanırlar. İşçilər daha geniş səriştələrə sahib olmalıdırlar.

 

Necə hazırlaşmaq lazımdır? 

 

Mövcud heyətə əvvəlcədən təlim verməyə başlayın, komandanın bacarıqlarını genişləndirin, lazımi səriştələri formalaşdırın və bilikləri dərinləşdirin. Buna görə də gələcək əməkdaşlarınızı işə qəbul edərkən bu amilləri nəzərə alın.

 

 

Gələcək infrastrukturun əsası kimi paylanmış bulud 

 

Mövcud bulud xidmətləri fərqli fiziki məkanlara bölünəcək. Bu cür şəraitdə bulud təminatçısı əməliyyat, idarəetmə və inkişafdan birbaşa cavabdeh olacaq. Avantajlara əlavə olaraq paylanmış buludun da mənfi cəhətləri var: kompleks yerləşdirmə modelləri; "tıxac" riskinin artması; yüksək təhlükə; yetişməmiş bazar. Çox güman ki, yaxın 12-18 ayda belə bir bulud iş modeli inkişaf edərək və prioritetə ​​çevriləcək. 2025-ci ilədək satıcıların bir neçə paylanmış ixtisaslaşmış bulud xidmətinə sahib olacağı güman edilir. Bu tendensiya bu gün və ya dünən başlamadı; indi də böyüməyə davam edir. İndi nə etməli? Paylanmış buluda keçid etmək üçün potensial olaraq əlverişli bir model artıq müəyyən edilə bilər. Və ya şirkətin mövcud bulud mühitinə inteqrasiya planı həyata keçirilməlidir. 

 

 

İT bazasının müasirləşdirilməsi

 

Əsas infrastrukturun modernləşməsinə və yenilənməsinə doğru meyl daha da artacaq. İnformasiya texnologiyaları işi çox çevikdir, həllər tez-tez dəyişəcək. 

 

Əsas məqsəd müasir şərtlərə cavab vermək və ən son, ən uyğun texnologiyalarla ayaqlaşmaqdır. Uzunmüddətli perspektivdə bu, itkiləri minimuma endirəcək və birdəfəlik infrastruktur yeniləmələrinin əhatə dairəsini azaldacaq. Çünki modernləşmə bir tərəfdən texniki həll, digər tərəfdən çox sayda təsdiq tələb edən bir hadisədir. İT infrastrukturunun yenilənməsi prosesində müxtəlif şöbələr və bölmələr iştirak edir. Bunlar vaxt və maliyyə xərcləridir. İndi nə etməli?

 

Modernləşmə tələb olunan sahələri liderlərlə müəyyənləşdirin. Və bu sahələrdə iş hədəflərinə uyğun gəldikdə hərəkət edin. Modernləşdirmə planının real tarixləri və ölçülə bilən təsiri olmalıdır. 

 

 

Əməliyyat proseslərinin davamlılığı

 

İT xidmətləri üçün əsas tələb davamlılığı və xarici amillərə qarşı müqavimət göstərməsidir. Əməliyyat prosesləri və işin davamlılığı hər bir şirkətin ən vacib vəzifələrindən biridir. Müvafiq olaraq, təşkilatın işinin planlaşdırılması bu vəzifə nəzərə alınmaqla həyata keçirilməlidir. Lakin davamlılığı dərk etmək səslənəndən daha çətin ola bilər. Görmək üçün çox məqam var. Bunu necə tətbiq etmək olar? Ən pis ssenariləri nəzərdən keçirin və alternativ hərəkətlərlə “B planı”, “C planı”nı nəzərdə tutun. “Ən pis vəziyyətə hazırlaşmaq” eyni zamanda qlobal bir fəlakətə hazır olmaq deməkdir. Buna görə fəlakəti bərpa etmə xidmətlərindən əl çəkməyin. 2022-ci ilədək IDC IT-nin dayanıqlılığına üstünlük verən şirkətlərin fasilələrə digərlərindən 50% daha sürətli uyğunlaşacağını proqnozlaşdırır.

 

 

Optimal infrastruktur üçün çalışmaq

 

Hər bir həll yolu üçün optimal infrastrukturu və şirkətin qarşısında duran problemləri müəyyənləşdirmək vacibdir. Söhbət həm iş əməliyyatlarının tutarlılığı, həm də iş üçün prioritetlərdən gedir. Bu biliklə nə etmək lazımdır? Maliyyətlər və qəbul olunan faydalar barədə məlumat verməklə seçimi optimal infrastrukturun xeyrinə əsaslandırın. İşin mənafeyi naminə hərəkət edin, ancaq risklərə diqqət yetirin.

 

 

Mövcud əməliyyat modeli

 

Məsafədən iş rejimi göstərdi ki, şirkətin işini təşkil etmək tamamilə fərqli şəkildə ola bilər. Məsafədən iş fəaliyyətinin üstünlükləri kəşf edildi.Yəni tanış olan ənənəvi quruluşun virtual ofisdən daha çox geriliyə meyilli olduğu təsbit edildi. Müasir reallıqlarda, əksər şirkətlər dünyanın istənilən nöqtəsindən - müəyyən bir yerə istinad etmədən işləyə bilər və etməlidir.

 

Eyni ərazi məhdudiyyətləri olmadığı təqdirdə kadrların yaradılması və yeni işçilərin işə qəbulu üçün də tətbiq olunur. Trend hələ də böyüyür, lakin istiqamətini müəyyənləşdirir və zehni, korporativ və mədəni dəyişiklikləri tələb edir. Yenə də əksər şirkətlər hələ də ofis işlərinə sadiqdirlər. Bir çox insan sadəcə bütün əməliyyatları fərqli nöqtələrdən necə dəstəkləyəcəyini başa düşmür. Necə davranmaq lazımdır? Şöbə və bölmə müdirləri kimin üçün məsafədə işləmək mümkün olduğunu müəyyənləşdirə və uyğun bir plan hazırlaya bilərlər. Paylanmış komandaların uzaqdan qarşılıqlı əlaqəsinin praktik olaraq mümkünlüyünü kifayət qədər qiymətləndirmək vacibdir. Gartnerə görə, 2023-cü ilə qədər şirkətlərin 40%-i həm müştərilərlə, həm də işçilərlə qarşılıqlı fəaliyyət də daxil olmaqla paylanmış iş modelindən istifadə edəcəkdir. 

 

 

Bonus olaraq daha bir tendensiya

 

Gələn il baş verə biləcək başqa bir tendensiya da proqnozlaşdırılır. Bu, İT şirkətlərinin planlarına düzəlişlər edə biləcək olduqca güclü bir amildir. Yuxarıda qeyd edildiyi kimi mövcud infrastrukturu yeniləmək üçün Flaş yaddaş istehsalçıları və təchizatçıları artan tələbi görürlər. İndi tələbat o qədər yüksəkdir ki, bütün istəklərlə bütün müştərilərin ehtiyaclarını ödəmək mümkün olmayacaq. Buna görə bir sıra şirkətlər Phison və Silicon Motion da daxil olmaqla yeni müraciətlərin qəbulunu dayandırıb. TrendForce proqnozlarına görə, bu vəziyyət qiymətlərin 15-20% artmasına səbəb ola bilər. Bütün bunlar 64 GB-a qədər orta və aşağı sıxlıqlı eMMC modulları istehsalçılarının planlarını təhdid edir. Onlara olan tələb, "ağıllı" TV ətrafında səs-küydən qaynaqlanır. Maliyyəti ucuz olduğundan istehsalçılar tez-tez yüksək sürətli UFS və ya eyni tipli daha tutumlu yaddaş modulları əvəzinə bu tip yaddaşlardan istifadə edirlər. Bundan əlavə, bu modullar, pandemiya zamanı tələbi xeyli artan Chromebook istehsalçıları tərəfindən istehsal dövründə istifadə olunur.

 

 

SSD və PC DRAM qiymətləri düşür, gələn ilə qədər artım olmayacaq. Mütəxəssislər SSD-lərin hələ bahalaşmayacağına inanırlar. İlin sonuna qədər qiymətləri tamamilə düşüb. Ancaq işlər çox tez dəyişə bilər. Və çox güman ki, bu baş verəcəkdir.

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox