AZ

Alimlər ürək tutması zamanı  ölüm riskini azaldan cihaz hazırladılar

 

198917ed4fd82202617d201bfc63f54a.jpg
06.01.2021 11:36

Ürək tutması dünya miqyasında ölümün əsas səbəblərindən biridir və bu səbəbdən ildə 7-9 milyon insan ölür. Standart tibbi müdaxilə ilə hər 10 nəfərdən yalnız 1-i ürək tutmasından sağalmağı bacarır.

 

TED.az-ın məlumatına görə, Danimarkanın paytaxtı Kopenhagendə hazırlanan Neurescue adlı yeni cihazla sağ qalma nisbətini hər 10 nəfərdən 9-a yüksəltməyi hədəfləyir.

 

ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən araşdırılan cihaz həyati təhlükə olan hallarda beyin və ürəyə qan axınını artırmaq üçün hazırlanıb.

 

CNBC-nin verdiyi xəbərə görə, cihaz bir həkimin qan itkisinə nəzarət etməsi üçün vaxtı ikiqat artıra, stent və ya kardiostimulyator kimi həyat qurtaran əlavə prosedurlar üçün fürsət yarada bilir.

 

BİR DƏQİQƏ ƏRZİNDƏ QAN AXININI BLOK EDİR 

 

Neurescue ayaqlardakı femoral arteriyaya yerləşdirilərək bir dəqiqə ərzində bədənin aşağı hissəsindəki qan axınının qarşısını alır və həyati orqanlara yönəldir.

 

Layihə rəhbəri Həbib Frost Neurescue ilə zaman qazanmağı, bununla da xəstələri ürək fəaliyyətini dəstəkləyən avadanlıqlara çatdırmaq, həmçinin stent və kardiostimulyator quraşdırmaq imkanı qazanmaq niyyətində olduqlarını söyləyib

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox