Nazirlik: Kiberdələduzlar “Azərpoçt”un internet səhifəsinə oxşar saxta saytlar yaradır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti son zamanlar vətəndaşlardan daxil olan müraciətlərin çoxluğunu və əksər vətəndaşların məlumatlı olmadıqları üçün kiberdələduzların qurbanına çevrildiyini nəzərə alaraq əhalini “Azərpoçt” MMC adına açılan saxta saytlar barədə bir daha xəbərdar edir.
Bu barədə TED.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta “WhatsApp” nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan “Azərpoçt”un adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir.
Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir. Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır.
Real alıcı ödəniş etmək üçün heç bir halda satıcını hər hansı sayta yönləndirmir, CVV/CVC (kartın arxasındakı üçrəqəmli kod) və kartın etibarlılıq müddəti kimi məlumatları tələb etmir. Alıcının ödəniş etməsi üçün satıcının, sadəcə, kart hesab nömrəsini və ya cari hesab nömrəsini təqdim etməsi kifayət edir.
Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdır.
Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı kəskin azaldı


Marsdan yeni fotolar yayımlanıb


“Microsoft”un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər


Zəngilanın Qaragöz kəndi - VİDEO


Siyəzən Qaz istismar sahəsinində ödəniş terminalı oğurlanıb


Bitkoinin qiyməti 50 min dolları keçib


Sabah hava yağmursuz olacaq


Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı - Foto


Fransalı milyarder deputat helikopter qəzasında öldü


“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb


Smart saat bazarının həcmi 1.5% böyüyüb


Günün rəqəmi: PlayStation 5-in satışları yüksəlməyə davam edir


Azercell-in mobil internet istifadəçiləri artıb


"Windows 10"u məhv edən şrift aşkarlandı


Azercell şəbəkəsi üzərindən ötürülən məlumatın həcmi 2.25 dəfə artıb


Tvitter paylaşımlara "geri al" funksiyasını əlavə edəcək


Ağdam rayonunun Tağıbəyli kəndindən videogörüntülər – VİDEO


Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər – VİDEO


Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır


Silinmiş faylları bu yolla qaytarmaq olar? - TEXNOLOGİYA


NRYTN və “Zəfər” İctimai Birliyi Şəhid analarını ziyarət edib


Putin: İnternet cəmiyyətin mənəvi qanunlarına tabe olmalıdır


Azərbaycanda koronavirusa daha 365 nəfər yoluxub


AzTU “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır


Həftənin ən çox oxunanları
Microsoft Təhsil Nazirliyi ilə razılığa gəldi – Nələr gözlənilir?


Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı kəskin azaldı


İkinci əl avtomobil bazarının görünməyən tərəfləri: Rəsmi sənəd olmadığı üçün vətəndaşlar aldanır


Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası


Təhsil Nazirliyi ilə Microsoft arasındakı sənəd - Distant dərslər nə qədər davam edəcək?


Prokuror Mübariz Mənsimova aid rəqəmsal materialların ona geri qaytarılmasını tələb edəcək


Azərbaycanda koronavirusa günlük yoluxma sayı 300-ü keçdi


Hərbiçilərə virtual reallıqda döyüşmək öyrədilir

