WhatsApp-ın alternativi nədir? — Startapçılar təklif etdi
Son hadisələrdən sonra dünyada, eləcə də Azərbaycanda bir çox insanın WhatsApp-a inamı qalmadı. Platformanın ana şirkəti olan Feysbukun təsisçidi Mark Zukerberq gizlilik siyasəti ilə bağlı göndərdiyi xəbərdarlığı ilə dünya istifadəçilərini şoka saldı, buna uyğun olaraq, insanların sonrakı inamsızlığı gözlənilən hal idi. Hazırda isə həmin şokun ikinci mərhələsini — “afterşok”u yaşayırıq. Daha təmkinli davranıb, alternativləri düşünməyə başlamışıq, bəzilərimiz bəlkə də seçimini edib və artıq WhatsApp-dan tamamilə imtina edib, amma bu material hələ axtarışda olanlara yardım edəcək.
Beləliklə, başlayaq.
TED.az olaraq rəqəmsal dünyanın yenilikçiləri və kreativ düşüncəli startapçıların WhatsApp-a alternativ ola biləcək tətbiqlərlə bağlı fikirlərini öyrəndik.
Startapçılar öz seçimlərini bildirməklə yanaşı, “Bu tətbiqi niyə seçdiniz?” sualını da cavablandırıb.
Ayxan Qurbanov: Telegram
— Yüksək səviyyəli qorunma səviyyəsi, rahat interfeys, bu ilin əvvəlində bir çox ölkə liderlərinin seçimidir.
Nail Seyidov: Signal
— Elon Mask tərəfindən tövsiyə edilib, reklamsız və təhlükəsizdir
Elvin Budaqov: Viber
— Görüntülü, səsli, eləcə də mətn şəklində mesaj göndərmək imkanı, mesaj silmə vaxtı limitsizdir, daxilində oyunlar var
Fidan Fərzəliyeva: LINE
— Görüntülü, səsli zəng, statuslar yerləşdirmə funksionallığı var, qeydiyyat zamanı nömrə yazmağı tələb etmir, proqram daxilində bir neçə hesab idarə etmək mümkündür, “Silkələ dost tap” funksiyası var
Səma Axundzadə: Turkcell BiP
— Türkiyənin WhatsApp alternatividir, görüntülü, səsli zəng funksiyası, kanal abunəliyi (Telegram kimi), hələ ki, yalnız Türkiyədə istifadə edilə bilən istifadəçilər arası pul göndərmə funksiyası var
Fatimə ZÜLFÜQAR