Bu startaplar pandemiya böhranından böyük qazancla çıxacaq - ŞƏRH
"COVİD 19 təsirini ən çox dünya iqtisadiyyatına göstərib. Bu təsirin böyük hissəsi isə illik 3 trilyon dollar dəyərləndirilən qlobal startap iqtisadiyyatına olub".
Bu sözləri TED.az-a açıqlamasında İnnovasiyalar Agentliyinin laboratoriya üzrə Koordinatoru Elman Kərimli deyib.
O bildirib ki, pandemiyanın gözlənilməz gəlişi birbaşa istehlakçı tələbi və riskli yatırımların azalmasına səbəb olub. Bu, ixtisarlarla nəticələnib: "Məsələn, 2020-ci ilin aprel, may aylarında Avropanın bir çox ölkələri və Türkiyədə yeni qeydiyyatdan keçən şirkətlərin sayında 50-70% azalma müşahidə edilib. Amerika Birləşmiş Ştatlarında isə azalma olsa da, Avropa ilə müqayisədə vəziyyət daha qənaətbəxş olub. Pandemiya bir çox startap sahələrinə digər sektorlarla müqayisədə daha çox təsir edib. Dünya üzrə pandemiyadan daha çox zərər çəkmiş startap sahələrinə baxsaq, illik dövriyəsində 70% azalma ilə turizmi ilk sırada görərik. Sonrakı yerlərdə isə 40-50% dövriyyə azalması ilə gözəllik, moda və avtomobil sahələri yer alır. Buna baxmayaraq, tarix bizə göstərir ki, ən böyük ideyalar ən dərin krizislərdə yarana bilir və bu, çox uğurlu startapların yaranmasında, inkişafında inkubator rolunu oynaya bilir. Misal olaraq, bu gün fəaliyyətini çox uğurla davam etdirən Venmo, Uber, Slack və Whatsapp 2008-ci ildə baş vermiş iqtisadi krizisdən dərhal sonra yaranıblar. Bu gün içində olduğumuz böhran da bir çox startup və ya platformaların böyük dəyər qazanmasına səbəb olub".
Elman Kərimli qeyd edib ki, onlayn görüşlərin keçirilməsi üçün nəzərdə tutulan ZOOM platformasının istifadəçi sayının sürətlə artması buna nümunə ola bilər: "Ümumiyyətlə, pandemiya və post-pandemiya dövründə bəzi sahələrdə daha çox inkişaf gözlənilir. Onlardan biri Coworking-dir. Şirkətlərdə işçilərin evdən işləmələri, əlavə ofis xərclərinin azaldıması yeni planların yaranmasına səbəb olub və onlar lazım olduqda görüşlərini keçirmək üçün coworking mərkəzlərinə üz tuturlar. Bu mərkəzlərdə yerlərin rezervasiyası və idarə edilməsi ilə bağlı həllərin uğurlu olacağı təxmin edilir. Növbəti sektor Digital təhsildir. Ölkəmizdə də olduğu kimi, dünyadakı təhsil prosesi artıq məktəb və ya universitetlərdə deyil müxtəlif online platformalarda həyata keçirilir. Pandemiyadan sonra da bu tip təhsil həyatımızda yer alacaq. Kafe və restoranların bağlı olduğu zamanda, onlayn sifariş platformaları həm sahibkar, həm də müştərilərin köməyinə çatdı. Demək olar, hamı bu xidmətə öyrəşdi. Bu səbəbdən, onlayn çatdırma servislərində artımın pandemiyadan sonra da olacağına əminəm. Bu dövrdə daha çox fiziki ünsiyyətdən yayınmaq məqsədilə işə götürmə proseslərinin avtomatlaşdırılması üçün təklif olunan bulud texnologiyaları artıq öz sözünü deyir".
Lamiyə SÜLEYMANLI
TED + bölməsindən digər xəbərlər
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Həftənin ən çox oxunanları
EA Satışı üçün Kritik Təsdiq!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Yeni Jeep Compass Tezliklə Gələcək!
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Oyun Satışları Rekordlar Qırır!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


