AZ

Daşına bilən elektronika satışları 2020-2024-cü illərdə 15% artacaq 

 

f2d5d56d2e2873e494272501a5be87a2.jpg
19.01.2021 22:40

"Technavio" analitik şirkətinin mütəxəssisləri daşın bilən elektronika bazarı ilə bağlı 2020-2024-cü illəri əhatə edən hesabat paylaşıblar.

 

TED.az xəbər verir ki, analitiklərin fikrincə, bu bazar yaxın gələcəkdə davamlı şəkildə böyüyəcək. 

 

Daha konkret olaraq göstərilən dövrdə bazar 41,24 milyard dollar artacaq. Bu rəqəm orta illik böyümə 15%-ə cavab verir.

 

Mütəxəssislər bildirirlər ki, bazarda əsas oyunçular Acer, Apple, ASUSTeK Computer, Huawei Investment & Holding, Lenovo Group, LG Electronics, Microsoft, Samsung Electronics, Sony və Xiaomi Group olacaq.

 

"Technavio" mütəxəssisləri bazarı dörd əsas seqmentə ayırırlar - smart saatlar, simsiz qulaqlıq, başa monte edilmiş ekranlar və "ağıllı" bilərziklər və s.

Dünya bölməsindən digər xəbərlər

Daha çox