AZ

Samsung çip istehsalını artırır - YENİ MÜƏSSİSƏ 

 

d61f999471f29a5d395b05d1aed38a23.gif
26.01.2021 09:35

Samsung şirkəti çip istehsalı üçün yeni müəssisə quracağını bildirib. Bloomberg-in hesabatına görə, texnologiya nəhəngi Austində ən qabaqcıl çip istehsalına nail olmaq istəyir. 

 

TED.az xəbər verir ki, şirkət istehsal üçün 10 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır. Samsung-un bu sərmayə ilə daha çox amerikalı müştəri qazanmağı və digər çip istehsalçısı TSMC ilə rəqabəti hədəflədiyi bildirilir.

 

Müəssisəsinin gələcəkdə 3 nanometrə qədər inkişaf etmiş çip istehsal etməsi planlaşdırılır.  Şirkət gələn ildən böyük avadanlıq quraşdırmaq və 2023-cü ildə müəssisədə çip istehsalına başlamaq istəyir.

 

Bundan əlavə, texnologiya istehsalçısı önümüzdəki on il ərzində çip sənayesinə 116 milyard dollar investisiya yatıra bilər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox